Azərbaycanın 20 faiz torpağının erməni işğalı altında qaldığı bir zamanda torpağı, dövləti, xalqı yolunda ölümə belə hazır olanların işgəncələrə məruz saxlanması milli xəyanətdən başqa birşey deyil
Arannews - Azərbaycan
İslam Partiyası idarə heyətinin toplantısı keçirildi .
Partiyanın mətbuat
xidmətindən verilən məlumata görə, yığıncaq iştirakçıları partiyanın sədri Hacı
Mövsüm Səmədovun penitensiar xidmətin 12 saylı cəza çəkməmüəssisəsindən
Qobustandakı qapalı tipli cəzaçəkməmüəssisəsinə köçürülməsi ilə bağlı oktyabr
ayının 9-da məhkəmə prosesinin başlanacağına münasibət bildirmişlər. Qeyd
olunmuşdur ki, M. Səmədov bir neçə gün öncə cəza çəkdiyi 11 saylı həbsxanadan
12 saylı cəza çəkməmüəssisəsinə köçürülməsi və ona dərhal cərimə rejiminin tətbiqi
AİP sədrinə qarşı hakimiyyətin qərəzli münasibətinin nəticəsidir: “M. Səmədovun
penitensiar xidmətdən deyildiyi kimi daxili nizamı pozma əməlləri əslində
olmamışdır.Ona qarşı yönləndirən təzyiq və işgəncələrin səbəbləri əqidəsindən
dönməməsi,istər ictimai həyatda, istərsədə həbsxanalarda başverən
qanunsuzluqlarla barışmazlığıdır. Partiyanın Ədliyyə Nazirliyinin Penitensiar
Xidmətinə və Ambudsmana rəsmi müraciətinin dəqiq, obyektiv araşdırılmaması nəticəsində
M. Səmədova bugündə təzyiqlərin davam etdirilməsi, hətta onun qapalı tipli cəzaçəkmə
müəssisəsinə köçürülməsi baş verir. Bu isə ölkə ictimaiyyətini ciddi
narahatedir, cəmiyyəti alternativ addımlaratmağa, geniş miqyaslı etiraz
aksiyaları keçirməyə sövqedir.”
Çıxış edənlər onu
da bildirmişlərki, baş verən neqativliklər hakim dairələrdəkimlərinsə ölkədə
stabilliyi pozmaqda, hakimiyyət ləcəmiyyət arasında süniqarşıdurma yaratmaqda
maraqlıdır: “İnanmaq olmurki, hansısa xarici qüvvələrin İslamçılara qarşı bu
kimi ədalətsiz, qərəzl imünasibət göstərmək sifarişini hakim dairədə kimlərsə
belə canla-başla yerinə yetirməyə səy göstərsin, öz xalqının qeyrətli oğulların
ıfiziki cəhətdən məhv etməyə çalışsın. Azərbaycanın 20 faiz torpağının erməni
işğalı altında qaldığı bir zamanda torpağı, dövləti, xalqı yolunda ölümə belə
hazır olanların işgəncələrə məruz saxlanması milli xəyanətdən başqa birşey
deyil.”
Toplantı
iştirakçıları İslamçılara qarşı başda Hacı Mövsüm Səmədov olmaqla neqativ
münasibətlərin aradan qaldırılması, onların cəmiyyət üçün əhəmiyyətli şəxsiyyətlər
kimi dəyərləndirilməsi tələbi ilə hakimiyyətə bəyanat ünvanlamışlar. Onlar qəbul
olunmuş sənəddə M. Səmədovun haqsız, qeyri-qanuni həbsini xalqımıza mənəvi zərbə
kimi qiymətləndirmiş, onun həbsxana şəraitində belə sakit buraxılmamasını
buambisi yanın davamı hesab etmişlər. İslamçılar haqsızlığa qarşı mübarizədə
susmayacaqlarını, etirazlarını davam etdirəcəklərini birdirmişlər. Bundan ötrü
AİP funksionerləri kütləvi etiraz aksiyalarına hazırlıq işlərinə
başlayacaqlarını, aksiya üçün rəsmi müraciət edəcəklərini əksetdirən qərar qəbul
etmişlər. Bildirmişlərki, bütün addımlar qanun çərçivəsində atılacaq, vətəndaşlar
konstitusion hüquqlarından istifadə edərək insan haqlarını pozanlara sözlərini
deyəcəklər.