Tarix : 2014 Oct 06
Kod 44216

İran və Azərbaycan arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb

Azərbaycan Respublikasının nümayəndə heyəti ...

Arannews - İran İslam Respublikası və Azərbaycan Respublikası arasında neft və qaz sahəsində qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndə heyəti İrana işgüzar səfəri zamanı İranın Neft Sənayesi Elmi Tədqiqat İnstitutunda olub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin verdiyi məlumata görə, bu səfərdə İranın Neft Sənayesi Elmi Tədqiqat İnstitutu rəhbərinin müavini Əmir Abbas Hüseyni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz elmi tədqiqat layihə Departamentinin rəhbəri Fəxrəddin İsmayılov, bu departamentin direktor müavinləri Bağır Süleymanov və Əhməd Salmanov və qeyd olunan şirkətin Nanotexnologiyalar Departamentinin direktoru Valeh Şamilova bu institutun yerinə yetirilən layihələri, elmi tədqiqatlar və nano-texnologiya sahəsində gördüyü işlər barəsində məlumat verib.

Azərbaycan Respublikasının nümayəndə heyəti də Azərbaycanın neft və qaz sənayesində həyata keçirilən elmi işlər və texnologiyalar barədə qarşı tərəfə məlumat verib.

Görüşdə hər iki institut arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib və qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Memorandumda neft və qaz yataqlarının kəşfiyyatı, ehtiyatların qiymətləndirilməsi, ekoloji məsələlərin həlli, eləcə də tədqiqi və tətbiqi işlər üzrə birgə əməkdaşlıq nəzərdə tutulub.

  • Yazılıb
  • da (də) 2014 Oct 06