Arannews - Avropa
Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Azərbaycana qarşı
təxribata cəhd edən Ermənistan nümayəndə heyətinə AŞPA tərəfindən ciddi xəbərdarlıq
edilib.
Bunu Azərbaycanın
AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qurumun payız
sessiyasının yekunlarını şərh edərkən deyib.
S.Seyidov qeyd edib
ki, sessiyada ermənilər AŞPA-nın Siyasi Komitəsinin iclasında Dağlıq Qarabağ
üzrə məruzəçinin təyin olunmasını, bu məruzənin adının Komitə üzvləri tərəfindən
məhz “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin
artması” olduğunu, Komitənin gündəliyinə Dağlıq Qarabağ məsələsinin salındığını
və bunu gündəlikdən çıxara bilmədiklərini görüb əvvəldən iclasın işini pozmağa
başladılar: “Onlar bu məsələlərin gündəliyə gətirilməməsinə cəhd edirdilər. Əvvəlcə
mikrofonu götürüb proqramı pozaraq dayanmadan danışmağa başladılar. İclası
aparan sədr onlara şifahi qəti xəbərdarlıq etsə də, buna məhəl qoymadılar. Bunu
görən iclasın rəhbərliyi onların mikrofonunu söndürdü, ermənilərin
danışıqlarının tərcüməsi dayandırıldı. Daha sonra Ermənistan nümayəndə heyəti
ayağa qalxaraq, hay-küy salmağa başladı. Bütün bunlardan sonra iclasın rəhbərliyi
Ermənistan nümayəndə heyətinin zaldan çıxarılmasına və gündəliyi onlarsız
müzakirə etməyə qərar verdi”.
S.Seyidov deyib ki,
bunun ardınca Ermənistan nümayəndə heyətinə ciddi xəbərdarlıq da qəbul olunub:
“Bildirilib ki, Ermənistan nümayəndə heyətinin bu davranışları bir daha təkrar
olunarsa, onlara qarşı sanksiyanın tətbiq olunması gündəmə gələ bilər”.
Qeyd
edək ki, AŞPA – nın payız sessiyası sentyabrın 28-dən oktyabrın 4-dək
Strasburqda keçirilib.