Arannews - Arannews
- Rusiyanın Ermənistan yerləşən 102 saylı hərbi bazası iflic olub.
Məlumata görə,
artıq Rusiya KİV-i bunu etiraf etməyə başlayıb. "Arqumenti nedeli" nəşrinin
dərc etdiyi yazıda Gürcüstanın Rusiya hərbi təyyarələrinin öz ərazilərindən
uçmağına qadağa qoymasını xatırladıb. Qeyd edilir ki, bununla da Rusiya hərbi
hava qüvvələrinin bazası avtomatik olaraq blokadaya düşüb.
Gürcü tərəfi öz ərazisindən
dəmir yolu və avtomobil nəqliyyatı vasitəsilə eşelonların keçməsinə də qadağa
qoyub. Məhz buna görə, 102-ci Rusiya hərbi bazasının təchizatı hava yoluyla həyata
keçirilirdi. Hərbi bazaya texnika və silahlar isə "Çkalovski" hava
limanı vasitəsilə daşınırdı. Ancaq indi vəziyyət tamamilə dəyişib
Nəşrin yaydığı məlumata
görə, hazırda hərbi bazanın ərzaqla təminatında çətinliklər yoxdur. Amma,
Rusiya müdafiə naziri Serqey Şoyqunun tələb etdiyi intensiv olaraq əsgərlərə hərbi
təlimlərin verilməsi, bazanın döyüş sursatlarıyla təchizatı məsələsində ciddi
problemlər var. Hazırki vəziyyətdə Emənistan hava sərhədlərinin blokadada
olması özünə qəsd kimi qiymətləndirilir. Bununla belə, RF XİN məsələyə aydınlıq
gətirməyə çalışıb. XİN-dən bildirilib ki, problemdən xəbərdardırlar və məsələni
həll etməyə çalışırlar.
Qeyd edək ki,
Gürcüstan Rusiya hərbi təyyarələrini öz hava məkanlarından uçaraq Ermənistandakı
102-ci hərbi bazaya getməsinə icazə vermir. Rus təyyarələri iyul ayından bəri
Ermənistan hava məkanına girə bilmir. Gümrüdəki hərbi baza iki ay əvvəl yeni əsgərlərlə
komplektləşdirilsə də, lazımi hərbi inventar və xüsusi avadanlıqla təchiz edilməyib.
Hərbi yük artıq bir neçə aydır ki, Rostov aeroportunda uçuş əmri gözləyir.