Tarix : 2014 Oct 07
Kod 44232

Rusiya başqırlarının İranda arxeoloji araşdırmaları

Ona görə də İran xalqının təsirini Başqırıstanın dil və ədəbiyyatında, folklorunda, memarlığında, tarix və digər sahələrində görmək mümkündür


AranNews- Rusiya Federasiyasının müsəlmanlar yaşayan Başqırıstan Respublikasının UFA Universitetindən İran İslam Respubllikasına səfər etmiş elmi heyət İran Mədəni İrsin Təhqiqi İnstitutunun rəhbəri Seyid Məhəmməd Behişti ilə görüşündə deyib ki, İran xalqıilə tanış olmadan başqır xalqının meydana gəlməsini öyrənmək mümkün deyil.

Heyətin sədri V. G. Kutov bu görüşdə deyib:

"Başqırıstanın ailm və tədqiqatçıları Cənubi Ural xalqlarının irs və mədəniyyətini araşdırdıqdan sonra İran məntəqələrinə İranın fars dilli xalqları ilə çoxlu və müxtəlif əlaqənin olmasını aydınlaşdırıblar".O, bu xalqların qədim və orta əsrlərdə birbaşa mahacirət, ticarət və mədəni əlaqələrinə toxunaraq artırıb:

"Ona görə də İran xalqının təsirini Başqırıstanın dil və ədəbiyyatında, folklorunda, memarlığında, tarix və digər sahələrində görmək mümkündür".Başqırlı sosioloq söhbətinin davamında vurğulayıb:

"İran xalqı ilə tanış olmadan Başqırıstanın tarixi vəonun millətinin meydana gəlməsi ilə bağlı dəyərli təhqiq əldə edilə bilməz"."Bu məntəqədə tapılmış barmaq izi və onun iranlıların barmaq izlərinə oxşarlığıirqi ortaqlıq fərziyyəsini qabaqdan sübuta yetirmişdir"-deyə, sosioloq bildirib. O artırıb: "Sosioloji və dilçilik sahəsində aparılan təhqiqatlar əsasən də Başaqard məntəqəsində bu fərziyyənin əsasının isbatını daha da gücləndirir".

  • Yazılıb
  • da (də) 2014 Oct 07