Çeçenistanın Prezidenti Ramazan Kadırov İŞİD-in NATO və ABŞ-ın Əfqanıstandakı qüvvələrinin sabiq komandiri tərəfindən yaradılması barədə əlində məlumat olduğunu deyib
AranNews - Çeçenistanın Prezidenti Ramazan Kadırov deyib ki, İŞİD-in NATO və ABŞ-ın Əfqanıstandakı qüvvələrinin sabiq komandiri tərəfindən yaradılması barədə onda məlumatlar vardır və həmin sabiq komandir amerikalı general Devid Petreusdur.
Bu amerikalı general uzun müddət CİA-nın direktoru vəzifəsində çalışıb.
İndiyə kimi çoxlu ekspertlər İŞİD-in yaranmasında ABŞ-ı ittiham etmişdilər, lakin İŞİD-in yaranması və təşkilatlanmasının xırdalıqları barədə bu ilk məlumatdır. Çeçenistanın Prezidenti həmçinin deyib: "Bəzi qaynaqlardan əldə edilən məlumatlara görə İŞİD lideri Əbu Bəkr Əl Bağdadini amerikalı general Devid Petreus bu vəzifəyə cəlb edib".