Tarix : 2014 Oct 07
Kod 44236

Qarabağ böhranı və Təbrizin rolunun lüzumu

Qarabağ börhanı hadisələrində təsirli və münasib mövqeyə çatmaq üçün daxili və xarici sahələrdə lazım şərait yaranasına ehtiyac var

AranNews - İranın qonşuluğunda gedən ən uzunmüddətli konfliktlərdən biri də Qarabağ böhranıdır. Bu böhran artıq 23 ildir ki, Qafqaz regionunda və İranın sərhədlərində öz həyatını davam etdirir.
Şərqi Azərbaycan əyaləti Azərbaycan və Ermənistan kimi iki ölkə və Naxçıvan və Qarabağ kimi iki muxtar ölkənin qonşuluğunda yerləşdiyindən, habelə azlıqdan olan ermənilərin və əksəriyyətdə olan azərilərin Təbrizdə yaşamasına rəğmən böhranın həllindən əhəmiyyətli mövqeyə malikdir.
Uzun sürən Qarabağ börhanı hadisələrində təsirli və münasib mövqeyə çatmaq üçün daxili və xarici sahələrdə lazım şərait yaranasına ehtiyac var. Daxili arenada əyalətin məsulları gərək öz imkanlarını o qədər genişləndirsinlər ki, bu böhran üzündən qarşıya çıxan təhdidləri əyalət və ölkə üçün qənimətli fürsətlərə çevirə bilsinlər, bu şəraitdən əyalətin imkanlarının genişlənməsi üçün istifadə edə bilsinlər. Sözsüz ki, bu mövzuda gərək əvvəl regional və transregional hadisələr izlənilsin, onların ABŞ və İsrail kimi düşmən oyunçuları dəqiq tanınsın. Xarici arenada da böhranın həllində İran İslam Respublikasının rolunu artırmağa çalışmaq lazımdır.

  • Yazılıb
  • da (də) 2014 Oct 07