Tarix : 2014 Oct 07
Kod 44237

NATO-nun Xəzər dənizindən əli çıxdı

Xəzər dənizində təhlükəsizliyi təmin etməyə qadirdirlər və heç bir xarici qüvvə bu dənizə daxil ola bilməz

Arannews- Xəzəryanı ölkə başçılarının Xəzər dənizində xarici qüvvələrin yerləşməsinə icazə verməmək barədə razılığa gəlmələri ilə İran və Rusiyanın da bərk müxalif olduğu NATO-nun bu dənizdə hərbi qüvvələrini yerləşdirməsi planı ləğv oldu və artıq qərb öz hərbi bazalarını bu dənizdə yarada bilməyəcək

AranNews - Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşündə İran və Rusiya xarici qüvvələrin Xəzər dənizində yerləşdirilməsini qadağan edən razılaşma əldə edə bildilər və bu Azərbaycan, Qazaxıstan və Türkmənistanın da razılığı ilə yanaşı oldu. Bu anlaşma NATO hərbi qüvvələrinin bu dənizdə yerləşməsinin mümkünlüyünü ləğv edir.

Sentyabrın 29-da Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitində bütün beş ölkə başçılarının imzaladığı bəyannamədə Rusiya prezidenti Vladimir Putin deyib ki, bir əsas prinsip (Xəzərdə) sabitlik və təhlükəsizliyi təyin edir və o da budur ki, təkcə Xəzəryanı ölkələrin bu dənizə hərbi qüvvə çıxarmaq haqları var.

İran İslam Respublikasının Prezidenti bu barədə deyib: "Bütün Xəzəryanı ölkələr bu qənaətdədirlər ki, onlar özləri Xəzər dənizində təhlükəsizliyi təmin etməyə qadirdirlər və heç bir xarici qüvvə bu dənizə daxil ola bilməz".

Bu razılaşma İran və Rusiyanın qərb ölkələri ilə soyuq diplomatik münasibətlərin hökm sürdüyü və Xəzər dənizində xarici qüvvələrin yerləşməsini özləri üçün təhdid hesab etdikləri bir dövrdə baş tutub.

Xarici məsələlər üzrə bir təhlilçinin dediklərinə görə həm İran, həm də Rusiyanın xarici qüvvələrin Xəzərdə yerləşməsinin qarşısının alınmasında xeyirləri vardır.

Rusiya, Ukrayna və Gürcüstan kimi ölkələrlə yaşadığı problemlərə görə soyuq müharibə dövrünü xatırladan xarici siyasəti diriltmişdir.  Eyni halda İran hökuməti qərb İranın nüvə proqramını sıxışdırmaq üçün Xəzəryanı ölkələrdən istifadə edə bilməsindən narahatdır.

  • Yazılıb
  • da (də) 2014 Oct 07