Tarix : 2014 Oct 08
Kod 44241

Türkiyənin bir çox hissəsində etiraz aksiyaları keçirilir

Mardin, batman, Siir, Muş və Diyarbəkirdə baş verən aksiyalarda 15 nəfər həlak olub, onlarla insan yaralanıb

Arannews - İŞİD-in Kobaniyə hücumlarının artırmasını  görə bəzi qruplar Türkiyənin  bir çox hissəsində  etiraz aksiyaları keçiriblər. Dünən axşam saatlarından etibarən  başda  Anadolu bölgəsi olmaqla  bir çox vilayətdə etirazçılar kütləvi iğtişaşlar törədiblər. Mardin, batman, Siir, Muş və Diyarbəkirdə  baş verən aksiyalarda 15 nəfər həlak olub, onlarla insan yaralanıb.

Qeyd edək ki, bu şəhərdə “İŞİD” qüvvələri və kürd özünümüdafiə dəstələri arasında hazırda şiddətli döyüşlər davam etməkdədir və etirazçılar rəsmi Ankaranın münaqişəyə müdaxilə etməmək və gözləmə siyasətinə üstünlük verməsinə qarşı çıxış edirlər.

  • Yazılıb
  • da (də) 2014 Oct 08