Bu sözləri politoloq Fərhad Mehdiyev Türkiyədə baş verən hadisələri şərh edərkən dedi. Onun sözlərinə görə, PKK qruplaşmalarının fəallaşması Türkiyə sərhədləri çərçivəsindən kənara çıxa bilməz:
Arannews- “Son günlər Türkiyədə yaşananlar bilavasitə türk hökuməti ilə bağlıdır. Türkiyə hökumətinin istədiyi vaxt bu etirazlar yatacaq. Ordu əgər onlara qarşı gedərsə, PKK-nın orduya qarşı qalxma ehtimalı olduqca aşağıdır. PKK qruplaşmaları təkcə Türkiyədə deyil, Suriya, İraq, İran, o cümlədən Qarabağa da yerləşdirilib. Amma bu qruplaşmaların ayağa qalxıb onlara dəstək verməsi, İŞİD-ə qarşı mübarizədə bu qruplaşmaların köməyi inandırıcı deyil”.
Politoloqun sözlərinə görə, etirazların nəticəsi olaraq Türkiyə hökumətinin konkret addımlar atacağı da gözlənilən deyil:
“Bu etirazların Türkiyə hökumətinin İŞİD-ə qarşı aktiv hərbi müdaxiləsi ilə nəticələnəcəyini düşünmürəm. Tam tərsinə, bu hadisələr hökuməti qıcıqlandıracaq. Türkiyə əməliyyatlara başlayarsa, Kobani kürdlərinin gücü daha da artacaq. PYD və ya PKK-nın ortaq düşməninə qarşı Türkiyənin də qoşulması acı nəticələrə səbəb ola bilər. Buna görə də bu etirazların Türkiyədə nəyisə dəyişəcəyinə inanmıram”.