Tarix : 2014 Oct 10
Kod 44275

Televizya və radio işlərini tənzimləyəcək komitə iki olkə arasinda yarana bilər

Bakıda rəsmi səfərdə olan İranın Radio və Televiziya Təşkilatının sədri Seyid İzətullah Zərgami KİV və tele-radio məsələləri ilə bağlı bir məsələlərin diqqətlə araşdırılmasına ehtiyacın olduğunu deyib: “Sizin təkliflərinizi də diqqətdə saxlayacağıq.


Arannews- İstəyirik ki, hər iki ölkənin televiziyaları birgə proqram və verilişlər hazırlasınlar. Bu məsələ də bizim üçün xüsusi əhəmiyyətə malik olduğu üçün düşünürük ki, xalqlarımızın bu proqramları eyni vaxtda izləməsi ölkələr və xalqlararası münasibətlərin inkişafına böyük töhfə verəcək. Hazırda İnformasiya Texnologiyaları yüksək inkişaf etdiyi üçün gələcəkdə internet kanalları vasitəsi ilə bütün proqramları əhatəyə ala bilərik”. O vurğulayib ki birgə komitə ilə bağlı prossedurların və hüquqi sənədlərin hazırlanması üçün müavinlər səviyyəsində birgə komissiya yaradılsın. 
Bu görüşə görə rabitə və yüksək texnologiyalar naziri, Əli Abbasova təşəkkür edən Seyid İzətullah Zərgami də iki ölkə münasibətlərinin yaxşı inkişaf etdiyini qeyd edib: “Mən sizin bu əlaqələrin inkişafındakı rolunuzu görür və yüksək dəyərləndirirəm. Bu əlaqələr iki xalq arasındakı mövcud dostluq münasibətlərinə müsbət təsir edir. Hər iki ölkənin KİV-ri münasibətlərin inkişafında mühüm əhəmiyyətə malikdir. Çünki, bununla bağlı üzərinə götürdüyü vəzifələri uğurla davam etdirir. Ümid edirəm ki, media üzərinə götürdüyü bu vəzifəni bundan sonra da uğurla davam etdirəcək”. 


  • Yazılıb
  • da (də) 2014 Oct 10