Tarix : 2014 Oct 11
Kod 44283

Ermənistanda demoqrafik böhran

doğum səviyyəsi azalmaqda davam edir və bütün ehtimallarda bu tendensiya yaxın illərdə də davam edəcək

Arannews - “Ermənistanda demoqrafik vəziyyət son bir neçə ildəki kimi qalmaqda davam edir. Bu vəziyyəti böhranlı vəziyyət kimi xarakterizə etmək olar”.

bu sözləri jurnalistlərlə görüşü zamanı Ermənistan demoqrafı Ruben Yeqanyan deyib.

Erməni demoqraf vurğulayıb ki, doğum səviyyəsi azalmaqda davam edir və bütün ehtimallarda bu tendensiya yaxın illərdə də davam edəcək: “Səbəb ondadır ki, reproduktiv yaş indi 1990-cı illərin nəsli hesab olunur. Bu nəsildə olanlar isə öz sələflərinə görə azdırlar. Artıq ölüm tempi də sürətlənib. Bu isə onunla əlaqədardır ki, bizim nəslin arasında yaşlı insanların sayı daima artır”.

Ruben Yeqanyan qeyd edib ki, o, boşanma və nikah haqqında rəsmi məlumatlara qeyd-şərtlə yanaşır. Belə ki, insanlar heç də həmişə öz nikahlarını rəsmiləşdirmirlər.

“Reallıq və rəsmi məlumatlar arasında böyük fərq mövcuddur. Bəzən nikahlar çox sonra rəsmiləşdirilir. Bəzən isə etibarsız nikahlar qeydə alınır. Çox tez-tez boşanmalar rəsmiləşdirilməmiş qalır. Buna səbəb isə kişinin olmaması və ya iqtisadi problemlərdir”.

  • Yazılıb
  • da (də) 2014 Oct 11