Tarix : 2014 Oct 12
Kod 44293

ATƏT-in Minsk qrupunun həmsədrləri regionda səfərdə olacaqlar

Səfər Azərbaycan və Ermənistan prezidentlərinin Fransada baş tutacaq görüşünə hazırlıq məqsədi daşıyır

Arannews - ATƏT-in Minsk qrupunun həmsədrləri İgor Popov (Rusiya), Ceyms  Uorlik (ABŞ) və Pyer Andriu ( Fransa) oktyabrın 14 -18 tarixlərində regionda səfərdə olacaqlar.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfər Azərbaycan və Ermənistan prezidentlərinin Fransada baş tutacaq görüşünə hazırlıq məqsədi daşıyır.

  • Yazılıb
  • da (də) 2014 Oct 12