Tarix : 2014 Oct 12
Kod 44296

Rusiyanın əsas Qarabağ şərti

Vladimir Cabarov , Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmaq qərarını verəcəyi təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həll edilə biləcəyini deyib: "Bu elə münaqişənin həll variantıdır. Çünki hər iki ölkə eyni iqtisadi birlikdə olacaq"

Arannews - Rusiya parlamentinin üst qurumu olan Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Vladimir Cabarov Qarabağ probleminin həll edilməsi yolunda Azərbaycan qarşısına qoyulmuş əsas şərtdən danışıb.

Məlumata görə, o, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmaq qərarını verəcəyi təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həll edilə biləcəyini deyib: "Bu elə münaqişənin həll variantıdır. Çünki hər iki ölkə eyni iqtisadi birlikdə olacaq".

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi 2015-ci ilin yanvarın 1-də fəaliyyətə başlayır.

  • Yazılıb
  • da (də) 2014 Oct 12