Tarix : 2014 Oct 12
Kod 44303

AİP lideri "kars"a salındı

Bu barədə ruhaninin yaxınları məlumat verib

Arannews - Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsün Səmədov növbəti dəfə cəza kamerasına salınıb.

 Bu barədə ruhaninin yaxınları məlumat verib.

Xatırladaq ki, bir müddət öncə mübariz ruhani saxlanıldığı Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində baş verən neqativ halları mətbuata çıxardığına və orada cəza çəkən məhbuslar arasında əxlaqi dəyələri təbliğ etməsinə görə 12 saylı CÇM-nə köçürülmüşdü. Burada isə həbsxana rəhbərliyi tərəfindən iki dəfə ardıcıl olaraq “kars”a salınmışdı. Bu dəfə ki, kars cəzası isə artıq üçüncüdür.

Onu da qeyd edək ki, iki gün bundan öncə 12 saylı CÇM-nin rəhbərliyinin təqdimatına əsasında məhkəmə Möhsün Səmədovun Qobustan qapalı rejimli həbsxanasına köçürülməsi barədə qərar çıxarıb.

Ölkə ruhaniləri  və inanclı kəsim Möhsün Səmədov qarşı atılan bu addımları siyasi sifariş hesab edir.

  • Yazılıb
  • da (də) 2014 Oct 12