AİP-in Qadınlar Şurasının sədri Növrəstə İbrahimova islamçı məhbuslara qarşı yol verilən haqsızlıqlara etiraz olaraq, hamını mitinqə çağırdı
Arannews - AİP-in
Qadınlar Şurasının sədri islamçı məhbuslara qarşı yol verilən haqsızlıqlara
etiraz olaraq, hamını mitinqə çağırdı.
“İslamın Sesi”nin
müxbiri ilə müsahibədə AİP-in Qadınlar Şurasının sədri Növrəstə İbrahimova
islamçı məhbuslara qarşı yol verilən haqsızlıqlara etiraz olaraq, hamını mitinqə
çağırdı: Mən baş verənlərə görə öz vicdanım qarşısında narahatam və o aksiyada
da iştirak etmək niyyətindəyəm. Bütün müsəlman xanımları, Azərbaycanda yaşayan
hicablı, hicabsız, fərq etməz,hamını bu mitinqlərə dəvət edirəm. Bütün vicdanlı
insanlar bu aksiyalara qatılmalıdırlar. İnsanların haqqını öz azadlıqları
bahasına qoruyan oğullarını müdafiə etməyən bir xalqın azad gələcəyi ola bilməz”.
Növrəstə İbrahimova
Azərbaycan İslam Partiyasının sədri Dr. Möhsün Səmədovun həbsi barədə deyib:
"Hacı Möhsün gələcək təhlükələr barədə xalqı xəbərdar edir, hamını qara
qüvvələrə qarşı mübarizəyə səsləyirdi. Hacı Möhsün deyirdi ki, bizim müharibəmiz
erməni, yəhudi ilə deyil, Allahın düşmənləriylədir. Nahaq yerə təcavüz edənlər,
zülmə yol verənlərlədir.
Lakin onun həbs
olunmasına fitva verənlər sonradan gördülər ki, azadlıqdan məhrum etməklə bu “təhlükəni
zərərsizləşdirə” bilməyiblər."
Növrəstə xanım Azərbaycanda
dinə qarşı hücumlar barədə deyib: Bu gün Azərbaycanın heç bir mənəvi dəyərinə,
milli kökünə yaraşmayan pozğunluq baş alıb gedir. Bu, dinə qarşı ardıcıl
hücumların məntiqi nəticəsidir.