İranın sülh nüvə proqramının olması və beynəlxalq öhdəliklər çərçivəsində həyata keçirilməsi sülh və sabitliyə yardım edə bilər
AZƏRBAYCAN SERVİSİ/ARAN AGENTLİYİ
«Azərbaycan regionda sülh və sabitliyin bərqərar olmasının tərəfdarıdır. Ona görə də biz bölgədə dini gərginliyin yaranmasını istəmirik. İranın sülh nüvə proqramının olması və beynəlxalq öhdəliklər çərçivəsində həyata keçirilməsi sülh və sabitliyə yardım edə bilər». Bunları Xarici İşlər Nazirliyi mətbuat və informasiya idarəsinin rəisi Xəzər İbrahim İranın nüvə proqramı ilə bağlı problemi şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi İranın nüvə proqramının MAQATE çərçivəsində reallaşmasını istəyir. ABŞ rəsmilərinin İranın nüvə fəaliyyətinin Azərbaycan üçün təhlükəli olması ilə bağlı bəyanatlarına gəldikdə isə Xəzər İbrahim hesab edir ki, bu məsələdə hər kəsin subyektiv fikri ola bilər.