”Azərbaycanda müstəqil QHT-lərə maliyyəni məhdudlaşdıran yeni qanunvericilik dəyişiklikləri onların fəaliyyətini mümkünsüz edir..Bu barədə Human Rights Watch təşkilatının yaydığı bəyanatda deyilir.
Arannews- Mədən Sənayesi üzrə Şəffaflıq Təşəbbüsü (EİTİ) oktyabrın 14-15-də Birmada keçiriləcək iclasında Azərbaycanın üzvlük məsələsinə baxacaq.
Bu beynəlxalq koalisiyada iştirak edən ölkələr fundamental azadlıqlara hörmətlə yanaşmalıdırlar, o cümlədən QHT-lərin fəaliyyəti üçün şərait yaratmalıdırlar.
“EİTİ rəhbərliyi Azərbaycanı qurumdan müvəqqəti uzaqlaşdırmalı və üzvlüyün bərpası üçün hansı işlərin görülməli olduğunu aydın şəkildə bildirməlidir. Azərbaycanın müstəqil QHT-ləri əzməyə yönəlmiş son addımı göstərir ki, bu ölkə insan haqları və beynəlxalq şəffaflıq öhdəliklərinə məhəl qoymur”, - Human Rights Watch təşkilatının biznes və insan haqları üzrə tədqiqatçısı Lisa Misol deyib.
Human Rights Watch hesab edir ki, EİTİ Azərbaycan hökuməti xüsusilə aşağıdakıları tələb etməldir:
- Xaricdən maliyyələşən layihələrin qarşısını alacaq qanunvericilik təklifləri qəbul olunmasın;
- QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə dəyişikliklər olunsun, Avropa Şurasının tövsiyələri nəzərə alınsın, qeydiyyat və hesabatlılıqla bağlı aşırı prosedurlar sadələşdirilsin;
- Xarici donorlara qarşı əsaslandırılmamış cinayət işləri dayandırılsın;
- Beynəlxalq donorların müdaxiləsiz işinə icazə verilsin, Azərbaycanda filial qeydiyyatını çətinləşdirəcək məhdudiyyətlər qəbul olunmasın;
- Müstəqil qurumlar və fəalların qorxudulmasına, vergi və digər yoxlamalara son qoyulsun, bank hesablarına həbs götürülsün;
- QHT-lərin Azərbaycan ərazisini gəzib təlim sessiyaları və digər fəaliyyət təşkil etməsinə, eləcə də xaricə səfərlərinə icazə verilsin;
- Fəal vətəndaş iştirakı və EİTİ –yə dair ictimai debata imkan yaradan mühit yaradılsın. Hökumət jurnalistin azad işləməsinə icazə versin. Buraya EİTİ məlumatlarının hazırlanması və təhlili də daxildir;
- Vətəndaş fəaliyyəti və hüquqlar qorunsun, müstəqil qrupları və fiqurları qoruyan vəkil və fəalların hədəfə alınması dayandırılsın.