Cümə günü Ermənistanın paytaxtında 10 mindən çox müxalifətçi bu ölkənin dövləti əleyhinə aksiya keçirərək dövlətin dəyişməsini tələb edib və hazırkı hökuməti yoxsulluq və korrupsiya ilə mübarizədə məğlubiyyətə uğramaqda ittiham ediblər.
AranNews - Ermənistanın ilk prezidenti, Ermənistan Milli Konqresinin lideri (EMK) Levon Ter-Petrosyan aksiya iştirakçıları qarşısında çıxış edərək deyib:
"Artıq, fasid və cinayətkar hökumətdən yaxa qurtarmağın vaxtı çatıb. Təcili olaraq parlament və prezident seçkiləri keçirilməlidir".
Parlamentdə təmsil olunan "Çiçəklənən Ermənistan", "Miras" və "Ermənistan Milli Konqres" kimi üç müxalifət partiya tərəfindən təşkil olunan etiraz aksiyası İrəvanın paytaxtında Azadlıq meydanında baş tutub. Aksiyada iştirak edənlər qiymətlərin qalxmasına, korrupsiyaya öz kəskin etirazlarını bildiriblər. Onlar "Sarkisyan çıx get", "Ermənistanda standart şərait yaratmaq üçün başçılarımızın kifayət qədər vaxtı vardır" şüarları səsləndirərək ölkə prezidenti Sarkisyandan istefasını tələb ediblər.
Ermənistanın 2.3 milyon əhalisi vardır və dünyanın bərk qlobal tənəzzüldə olan ölkələrindəndir. Keçmiş sovetlər birliyinin tərkibində olmuş bu ölkənin Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı olması səbəbinə təcrid olmuşdur.