Tarix : 2014 Oct 15
Kod 44335

Azəriləri vəhşi kimi təqdim edən Rusiya filmi

MTRŞ Rusiyanın dövlət kanalında yayımlanan filmə münasibət bildirib.

AranNews- Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) Rusiyanın dövlət kanalı olan “Rossiya 1”də yayımlanan və azərbaycanlıların vəhşi kimi təqdim edildiyi “Svoya pravda” adlı filmə münasibət bildirib.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib ki, azərbaycanlılara qarşı bu münasibət Rusiyanın bir sıra qurumlarının yeritdiyi siyasətdən qaynaqlanır. buna qarşı Azərbaycan öz imkanları çərçivəsində adekvat addımlar atacaq:

“Biz istəməzdik ki, Rusiya bu cür siyasət aparsın. Bu filmi çəkən və nümayiş etdirən insanlar başa düşməlidir ki, bu cür siyasət münasibətlərin pisləşməsinə doğru aparır”.

Qeyd edək ki, “Rossiya 1”də yayımlanan “Svoya pravda” (“Onların həqiqəti”) filmi Azərbaycanın ucqar dağ kəndindən Bakıya gələn rus qadının taleyindən bəhs edir. 3,5 saatlıq filmdə azərbaycanlıların erməniləri və rusları döyməsi, erməni ailəni qətlə yetirməsi kimi səhnələr yer alıb. Filmdə azərbaycanlılar vəhşi və amansız kimi təqdim edilib.

  • Yazılıb
  • da (də) 2014 Oct 15