Tarix : 2014 Oct 15
Kod 44337

Azərbaycanin regionda əsas oyun oynamasi

bunu İsrail Prezidenti Şimon Peres Elmar Məmmədyarovla görüşündə deyib.

AranNews- Azərbaycan xarici işlər nazirinin İsrailə səfəri iki ölkə arasında yaxşı münasibətlərə öz töhfəsini verir.

Peres qeyd edib: Məmmədyarov yəhudi icmasının beş üzvü və parlament deputatlarından ibarət nümayəndə heyəti ilə İsrailə səfərə gedib.

Məmmədyarov, öz növbəsində, qeyd edib ki, Azərbaycan multi-mədəni cəmiyyəti olan müstəqil və çiçəklənən ölkədir. Onun sözlərinə görə, Bakı mehriban qonşuluq münasibətlərinə qətiyyətlə inanır.

"Buna baxmayaraq, həlli uzanan münaqişə və ərazimizin işğal edilməsi səbəbindən hələ də Ermənistanla problemləri var", - nazir deyib.

Məmmədyarov ümid etdiyini bildirib ki, ermənilər yaxşı qonşuluğun işğal prinsipinə əsaslana bilməyəcəyini başa düşüblər.

"İsrail ilə yaxşı münasibətlərimizin olması səbəblərindən biri də ondan ibarətdir ki, siz problemlərimizi tanıyırsınız", - o deyib. Azərbaycanın indiki Prezidenti ilə tanışdır, həmçinin onun atasını tanıyıb. Peres bildirib ki, Azərbaycanın öz qanunları olan və heç kimə tabe olmayan ölkə olması üçün hər şey edən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə fəxr edib.

Peres əmin olduğunu bildirib ki, Azərbaycan öz geosiyasi regionunda əsas oyunçu olacaq və ölkənin insan kapitalı və təbii resurslar, hazırda inkişaf edən elm və texnologiyalara əsaslanmış böyük gələcəyi var. o həmçinin Azərbaycanın siyasi elitası və yəhudi icması arasında münasibətlərin yüksək səviyyəsini qeyd edib. Azərbaycan terror və müharibəyə qarşı dəqiq mövqe tutur, həmçinin terror və zorakılıqdan hələ də azad olmayan qaynar regionlarda sülh görmək istəyir.

peres sülh siyasəti, müstəqillik və mədəniyyətinə görə Azərbaycanı yüksək qiymətləndirib.

  • Yazılıb
  • da (də) 2014 Oct 15