Tarix : 2008 Apr 16
Kod 4434

GUAM ölkələri BMT-yə yeni qətnamələr təqdim edə bilər

Konfransda əsasən həll olunmamış münaqişələrin həlli imkanları və seperatizmlə mübarizə sahəsində mövcud prinsiplər ətrafında müzakirələr aparılır
Azerbaijan servisi/ARAN AGENTLİYİ
Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın daxil olduğu GUAM dondurulmuş münaqişələrin həlli barədə qətnaməni yenidən BMT-də səsverməyə çıxara bilər.
Bu barədə Bakıda keçirilən “GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları” adlı konfrasnda danışılıb.
Konfransda əsasən həll olunmamış münaqişələrin həlli imkanları və seperatizmlə mübarizə sahəsində mövcud prinsiplər ətrafında müzakirələr aparılır.
Azərbaycanın təşkilatçılığı ilə keçirilən bu müzakirələrə 10-a qədər ölkənin rəsmi şəxsləri, Avropa Şurası, tanınmış araşdırma mərkəzlərindən olan hüquqşünaslar, ekspertlər cəlb olunublar.
İş ondadır ki, Kosovonun müstəqilliyi tanınandan sonra ərazisində həll olunmamış münaqişələr olan ölkələr müəyyən narahatlıqlar keçirirlər. Və bunu Azərbacyan xarici işlər naziri Elmar Məmmədyarov da konfransdakı çıxışında dilə gətirdi.
Elmar Məmmədyarov dedi ki, bu sahədə indiyə qədər mövcud beynəlxalq prinsiplər, yəni dövlətlərin ərazi bötüvlüyünə hörmət prinsipi gücləndirilməlidir. Əks halda bu etimadsızlıq yarada bilər.
Ərazi bütövlüyü prinsipini qabardan xarici siyasət idarəsinin başçısı, eyni zamanda, Dağlıq Qarabağa muxtariyyətin verilməsi mümkünlüyündən də danışdı və bu zaman Rusiayada muxtar vilayətləri misal gətirdi.
GUAM-a daxil olan ölkələr münaqişələrin həlli ilə bağlı baxışlarını müntəzəm olaraq daha geniş auditoriyalarda qaldırırmağa çalışırlar. Məsələn, bir neçə dəfə ərazi bötüvlüyünün toxunulmazlığı prinsipini vurğulayan dondurulmuş münaqişələrin həlli ilə bağlı qətnamənin BMT-də səsverməyə çıxarılmasına cəhd göstərilib. Amma 3 ildir ki, Rusiya və digər ölkələrin etirazı ilə bu təşəbbüsə nail olmaq mümkün olmur.
Xarici işlər nazirinin müavini Araz Əzimov bildirir ki, bu konfransın nəticəsi olaraq dondurulmuş münaqişələr barədə qətnamə yenidən BMT-də səsverməyə çıxarıla bilər.
  • Yazılıb
  • da (də) 2008 Apr 16