Tarix : 2014 Oct 16
Kod 44344

Avropa Birliyi 90 milyard itirəcək

Sergey Lavrov Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində 90 milyard dollar itirəcəyini açıqlayıb

Arannews - Rusiya Xarici İşlər naziri Sergey Lavrov Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində 90 milyard dollar itirəcəyini açıqlayıb.

AB-nin bu ilin sonuna qədər 40 milyard, gələn il isə 50 milyard avro itirəcəyini deyən Lavrov bu rəqəmlərin daha da artacağını istisna etməyib:

“Bu sanksiyalar daha çox Almaniya iqtisadiyyatına təsir edəcək. Etiraf etməliyik ki, bu, Rusiya iqtisadiyyatına da zərər vurur. Ancaq təbii ehtiyyatlarımız hesabına bu çətinliyin öhdəsindən gələcəyik”.

  • Yazılıb
  • da (də) 2014 Oct 16