Bu sözləri Ermənistanın yeni prezidenti Serj Sarkisyan ölkənin yeni müdafiə naziri Seyran Ohanyanın təqdimolunma mərasimində söyləyib.
Armenia Servisi/Aran Agentlyi
Bu sözləri Ermənistanın yeni prezidenti Serj Sarkisyan ölkənin yeni müdafiə naziri Seyran Ohanyanın təqdimolunma mərasimində söyləyib. O deyib ki, “Azərbaycan razılaşmalıdır ki, ayrılmış Dağlıq Qarabağ regionu müstəqil respublikadır və Azərbaycanın nəzarəti altına heç vaxt qaytarılmayacaqdır”.
“Azərbaycan başa düşməlidir ki, - deyib Sarkisyan, - Dağlıq Qarabağ respublikasının müstəqilliyi geriyədönməz prosesdir”.
Ermənistan prezidenti aparatından verilmiş press-relizdə Serj Sarkisyana istinadən bildirilir ki, “Dağlıq Qarabağ Respublikasının hər hansı bir şəkildə Azərbaycanın tabeçiliyinə verilməsini təsəvvür etmək belə qeyri-mümkündür”.
Ermənistanın əslən Qarabağdan olan yeni prezidenti bildirib ki, “Dağlıq Qarabağ xalqı azad və müstəqil həyat üçün öz hüququnu özü qazanıb və bizim səylərimizlə bu hüquq beynəlxalq birlik tərəfindən tanınmalıdır”.
Xəbər agentlikləri bildirirlər ki, son günlər Ermənistan və Azərbaycan arasında söz müharibəsi yenidən qızışıb. Azərbaycan hökuməti hərbi xərclərin bu il üçün 53 faiz artırılacağını elan edib.
Rəsmi Bakı dalana düşmüş danışıqların davam etdirilməsinə tərəfdar olduğunu bildirsə də, münaqişənin hərbi vasitələrlə həllini istisna etmir.
Belə görünür ki, Serj Sarkisyanın davakar ritorikası məhz Azərbaycanın hərbi xərclərini artırması xəbəri ilə bağlıdır. Ölkənin yeni müdafiə nazirinin təqdimolunma mərasimində çıxış edən Ermənistan prezidenti Bakının hərbi qüdrətini artırmasını kəskin tənqid edib. “Əgər Azərbaycan dollarları xərcləməklə öz ordusunu qısa müddətdə döyüş hazırlığı vəziyyətinə gətirəcəyinə və onun köməyi ilə Dağlıq Qarabağ münaqişəsini həll edəcəyinə inanırsa, ciddi səhvə yol verir”. – deyib Serj Sarkisyan.