Tarix : 2014 Oct 19
Kod 44384

Azərbaycanin Mətbuat Şurası qəzetlərin bir neçəsinə xəbərdarlıq edib

“Azadlıq”, “Yeni Müsavat” qəzetlərinə və “Azpolitika.info” saytına xəbərdarlıq edilib.

AranNews- buna həmin qəzetlərdə və saytda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevin adı keçən cinayət işi haqda yazılanlar səbəb olub.

Bu yazılarla əlaqədar Gəncə Ağır Cinayətlər Məhkəməsindən daxil olan şikayətə Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının oktyabrın 17 -də keçirilən iclasında baxılıb. Komissiya belə rəyə gəlib ki, “Azadlıq”, “Yeni Müsavat” qəzetləri və “Azpolitika.info” saytı Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarındakı bəzi prinsipləri pozub.
Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının 17 oktyabr iclasında “Dia.az” və “Pia.az” saytları ilə əlaqədar şikayətlərə də baxılıb. Bu saytlarla bağlı məsələnin şuranın “reket jurnalistika”ya qarşı mübarizə komissiyasında araşdırılması qərara alınıb .

  • Yazılıb
  • da (də) 2014 Oct 19