Arannews - Erməni
dövlətinin başçısının mətbuat katibi bildirib ki, konstitusiya islahatı
konsepsiyası barədə yekun qərar Serj Sarkisyan tərəfindən gələn ilə keçirilib.
Görünür, prezidentin özünü qoruma instinkti işə düşüb.
Çünki bütün müxalifət
partiyaları bunun əleyhinə çıxırdı, oktyabrın 10-da keçirilmiş böyük etiraz
mitinqində onların tələbini 60 min adam dəstəkləyib. Yerli ekspertlər yazır ki,
konstitusiya islahatlarının qəbul edilməsi Sarkisyana uzun illər hakimiyyətdə qalmağa
imkan verərdi, sadəcə, yerini baş nazir kürsüsünə dəyişməli olacaqdı.
Erməni prezident
sanır ki, müzakirənin vaxtını təxirə salmaqla uzunmüddətli pauza götürüb. Onun
fikrincə, bu mürəkkəb və qarışıq oyunda çox vacib şahmat gedişi edib.
Əks düşərgədə isə
tamamilə fərqli düşünürlər. Politoloqların fikrincə, çətin ki, onlar bu cür tələyə
düşsünlər: "Siz tələb etdiniz, biz sizi dinlədik və vaxtı dəyişdik".
Müxalifət artıq bəyan
edib ki, konstitusiya islahatları onlar üçün ikinci məsələdir, əsas məsələ
indiki dövlət başçısının istefasıdır. Hakimiyyət müxalifəti parçalamaq və
oktyabrın 24-ə nəzərdə tutulmuş ümumerməni etiraz aksiyasını pozmaq üçün böyük
səylər sərf edir, amma onda heç nə alınmır.
İnsanlar yenə də
küçələrə və meydanlara çıxajaq, yekdilliklə qışqıracaqlar: "Sarkisyan, çıx
get!"