Tarix : 2008 Apr 22
Kod 4440

Əhmədinecad neftin qiymətinin ucuz olduğunu deyir

qiymətin rekord səviyyəyə çatması Amerika dollarının zəifləməsilə bağlıdır
Iran Servisi/Aran Agentliyi
İran prezidenti Mahmud Əhmədinecad deyib ki, neftin qiyməti bir barrel üçün 115 dollar olsa da, hələ də ucuzdur.
O deyib ki, yanacağa öz real dəyərinə çatmaq imkanı vermək lazımdır.
Cənab Əhmədinecad qərb ölkələrini özləri üçün ucuz neft əldə etmək istəyində ittiham edib və deyib ki, qiymətin rekord səviyyəyə çatması Amerika dollarının zəifləməsilə bağlıdır.
Çərşənbə günü dünyanın dördüncü ən iri neft ixracatçısı olan İran istehlakçı ölkələrin OPEK-dən qiymətləri aşağı salmaq üçün tədbir görməsi barədə xahişlərini rədd edib.
Bazar günü OPEK-in nazirləri Romada Beynəlxalq Enerji Forumuna toplaşırlar.
  • Yazılıb
  • da (də) 2008 Apr 22