Gürcüstanın Müdafiə nazirliyinə görə, sözügedən təyyarə Rusiya hərbi qırıcısı tərəfindən bazar günü vurulub
Gorgia Servisi/Aran Agentliyi
Gürcüstan Rusiyanı pilotsuz təyyarəsini vurub yerə salmaqda ittiham edib.
Gürcüstanın Müdafiə nazirliyinə görə, sözügedən təyyarə Rusiya hərbi qırıcısı tərəfindən bazar günü vurulub. Rusiya bu xəbəri təkzib edib.
Gürcüstan Prezidenti Mixail Saakaşvili deyib ki, o, Rusiya Prezidenti Vladimir Putinə zəng edərək ondan Gürcüstana qarşı təcavüzkar hücumlara son qoyulmasını tələb edib.
Xəbər agentliklərinin məlumatında deyilir ki, Saakaşvili bu telefon danışığını "asan olmayan söhbət" kimi xarakterizə edib.
Ötən həftə Rusiya Abxaziya və Cənubi Osetiya ilə rəsmi əlaqələr quracağını bəyan edəndən sonra, bu iki ölkə arasında münasibətlər gərginləşib.
Gürcüstan Hərbi hava Qüvvələrinin komandanı bildirib ki, Gürcüstan tərəfi hadisənin çəkilişini aparıb.
Və videoda Rusiya qırıçısının Gürcüstan təyyarəsini vurduğu əks olunub. Hadisə Gürcüstanın Abxaziyaya yaxın olan hava məkanında baş verib.
Gürcüstan tərəfi Rusiya qırıcısının Gürcüstanın hava məkanına müdaxilə etməsini qeyri-qanuni adlandırıb. Lakin Abxaziya separatçıları - təkid edirlər ki, təyyarəni vuran onlar olublar.
Tbilisi hesab edir ki, Kreml Abxaziya və Cənubi Osetiya- ya nəzarət etməklə, Gürcüstanın NATO-ya qoşulmaq ümidləri üzərindən xətt çəkmək istəyir