Sərkisyan vurğulayıb ki, Qarabağ yenidən Az. R-nın tərkib hissəsinə qatılmasını təsəvvür belə etmək mümkünsüzdür
Armenia Servisi /Aran Agentliyi
Ermənistanın yeni prezidenti Serj Sərkisyan, Yerevanın Qarabağ konfilikti ilə bağlı qabaqkı mövqeyinin təkrarlanması mənasında olan sözlərində Qarabağ məntəqəsinin müstəqilliyini təkid edib. Sərkisyan vurğulayıb ki Qarabağ məntəqəsinin müstəqilliyinə təkid edib.
Sərkisyan vurğulayıb ki, Qarabağ yenidən Az. R-nın tərkib hissəsinə qatılmasını təsəvvür belə etmək mümkünsüzdür. Ona görədə bu ölkə Qarabağın müstəqilliyi reallığını qəbul etməlidirlər.
Ermənistan prezidentinin bu sözləri elə bir halda irəli sürülür ki, Az. R-nın xarici işlər naziri Elmar Məmədyarov kəskin xarakterli sözlərində təkidlə bildirib ki, Yerevan Qarabağ münaqişəsinin təkcə Az. R-nın ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu qəbul etməlidir. Bu arada, Bakı rəsmilərinin Qarabağ məntəqəsinin Az. R-a aid olmasına israr və təkid etmələri, Yerevan rəsmilərinin isə qarışıqlı olaraq bu məsələni qəbul etməmələri elə bir haldadır ki, Minsk Qrupunun həmsədrləri, ötən bir neçə ayda dəfələrlə və açıq-aşkar şəkildə Bakı ilə Yerevanın sazişin bir qədəmliyində olmasını iddia ediblər.
Onların iddiasına görə, iki ölkə yəni Azərbaycan R. ilə Ermənistan bir çox prinsipal məsələlər barədə razılığa gəliblər. İndi isə belə bir sual meydana çıxır ki, əgər Bakı ilə Yerevan sülhün bir qədəmliyindədirlərsə, nəüçün Ermənistan ilə Az. R rəsmilərinin mövqeləri bu qədər zidiyyətli görünür. Bu sualı iki cəhətdən cavablandırmaq olar. Bəzi ekspertlərin qənaətincə, Bakı və Yerevan rəsmilərinin daha çox təbliğat xarakterli olan Qarabağ münaqişəsi ilə bağlı sözlərinin arxasında iki tərəf arasında Qarabağdan kənarda, işğal olunmuş yeddi royunun azad edilməsi və bu məntəqədə referndum haqda Praqa layihəsi çərçivəsində gizli razılaşmalar cərəyan və baş tutmaqdadır. Belə ki, ABŞ-ın sabiq dövlət katibi Kalin Pavelin dediyini rəhbər tutaraq demək olar ki, Bakı və Yerevan rəsmilərinin əsas problemi ümumi fikri Minsk Qrupunun sazişi layihəsini qəbul etməyə hazırlamaqdır. Ancaq ikinci baxış bundan ibarətdir ki, Qarabağ sülh müzakirələri çıxılmaz vəziyyət ilə üzləşib. Ona görədə Minsk Qrupu öz səriştəsizliyini ört-basdır etmək üçün müzakirələrdə irəliləyişin olmasını iddia edir. Bu elə bir həqiqətdir ki, Avropa Birliyinin xarici siyasət komissiyasının koordinatoru Xavyer Solanada ötən həftə onu açıq-aşkar etiraf etdi. Solananın sözlərinə görə, Qarabağ sülh danışıqları çıxılmaz vəziyyət ilə üzləşib. Bu arada, Az. R-da hərbi büdcənin misili görünməmiş şəkildə artması, xüsusiylə bu hərbi büdcənin miqdarının 2003-cü ildə 150 milyon dollardan 2008-ci ildə iki milyard dollara çatması, artıq rəsmi Bakının Qarabağ sülh müzakirələrinin nəticələrinə bədbin olmasını göstərir. Sözsüz ki, bu yaranmış vəziyyətin əsas səbəbi Minsk Qrupunun səriştəsizliyi və səhlənkarlığıdır. Zira Minsk Qrupunun sülh layihələri beynəlxalq qanunlara uyğun gəlsəydi, Ermənistan və Az. R-da ictimaiyyəti onu qəbul etməyə razı salmaq çətin olmazdı. Əslində demək olar ki Minsk Qrupunun 16 il nəticəsiz fəaliyyəti və onun münaqişə tərəflərindən birinə birtərəfli şəkildə dəstək verməsi ilə bağlı qərarları, bu qrupa qarşı tənqidlərin artmasına səbəb olub. ona görə də Avropa dairələrindən bəzisi Minsk Qrupunun buraxilmasına təkid edir. Belə ki Avropa Şurasının baş katibi Teri Deyvis çərşənbə günü aprelin 16-da, Minsk Qrupunun buraxilmasına dair təklifi müsbət qarşıladı. Sözsüz ki, Minsk Qrupunun buraxılması Qarabağ sülh danışıqlarının həqiqəti və məntiqli gediş və məcrada qərar tapmasına kömək edəcək. Əlbəttə Minst Qrupunun yerinə yeni Qərb bir vasitəçi qrupun təşkil edilməsi şərti ilə xüsusiylə də region ölkələrinin himayəsi ilə Az. R. və Ermənistan arasında müstəqil iki tərəf və bir başa müzakirələr aparılsin.