İnfiliyasıya səviyyəsinin artması və xalqın xüsusi ilə yoxsul təbəqənin ihtiyacı olan ərzaq və qida məhsullarının kəskin və misili görünməmiş şəkildə bahalaşması xalqın kəskin narazılığına səbəb olub
Azerbaijan Servisi/Aran Agentliyi
Az. R-də ərzaq məhsullarının qiyməti bir daha artıb . ANS Xəbər Agentliyinin verdiyi məlumata əsasən keçən həftə ərzində Az. R-də bütün ərzaq məhsullarının qiyməti ən azı 10 faiz artıbdır . Müxtəlif şəhərlər xüsusi ilə Bakı şəhərində aparılan araşdıramların nəticələrinə əsasən çörəkin qiyməti 30 faiz , un məmulatları və şirniyat 30 faiz ,idxal edilən düyünün qiyməti təqribən 40 faiz , bitki yağı təqribən 10 faiz və sigaretin qiyməti təqribən 15 faiz artıbdır .
Bu məlumata əsasən Az. R-nin İqtisadi İnkişaf Nazirliyi ölkə səviyyəsində ərzaq və yiyəcək məhsullarının bahalaşmasını bütün dünyadaki qida maddələrinin kəskin şəkildə bahalaşmsı prosesi ilə izah edib . Qeyd edilən nazirlik habelə bildiribdir ki , hazırda ölkədə bahalığın sürətlə artmasının qarşısını almaq üçün lazımi və təcili hərəkətlərin icrası ardıncadır .
İnfiliyasıya səviyyəsinin artması və xalqın xüsusi ilə yoxsul təbəqənin ihtiyacı olan ərzaq və qida məhsullarının kəskin və misili görünməmiş şəkildə bahalaşması xalqın kəskin narazılığına səbəb olub . Amma Az. R-nin əksər kütləvi informasiya vasitələri xüsusi ilə bu ölkənin radio və televiziyası Az. R. xalqının əksəriyyətinin problemlərinə diqqət yetirmək yerinə qərbin bayağı mədəniyyətini təbliğ etməklə məşğuludrlar .
Bəzi siyasi müşahidəçilər Az. R. dövlətinin enerji daşıyıcılarının qiymətinin artırması üzrə hərəkətini həm də beynəlxalq valyuta fondunun tövsiyələrini icra etməsini Az. R-də ərzaq məhsullarının qiymətinin bahalaşması amillərindən bilirlər .