Tarix : 2008 Apr 27
Kod 4446

AZƏRBAYCAN R-də ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ BİR DAHA ARITB

İnfiliyasıya səviyyəsinin artması və xalqın xüsusi ilə yoxsul təbəqənin ihtiyacı olan ərzaq və qida məhsullarının kəskin və misili görünməmiş şəkildə bahalaşması xalqın kəskin narazılığına səbəb olub
Azerbaijan Servisi/Aran Agentliyi
  Az. R-də ərzaq məhsullarının qiyməti bir daha artıb . ANS Xəbər Agentliyinin verdiyi məlumata əsasən keçən həftə ərzində Az. R-də bütün ərzaq məhsullarının qiyməti ən azı 10 faiz artıbdır . Müxtəlif şəhərlər xüsusi ilə Bakı şəhərində aparılan araşdıramların nəticələrinə əsasən çörəkin qiyməti 30 faiz , un məmulatları və şirniyat 30 faiz ,idxal edilən düyünün qiyməti təqribən 40 faiz , bitki yağı təqribən 10 faiz və sigaretin qiyməti təqribən 15 faiz artıbdır .
  Bu məlumata əsasən Az. R-nin İqtisadi İnkişaf Nazirliyi ölkə səviyyəsində ərzaq və yiyəcək məhsullarının bahalaşmasını bütün dünyadaki qida maddələrinin kəskin şəkildə bahalaşmsı prosesi ilə izah edib  . Qeyd edilən nazirlik habelə bildiribdir ki , hazırda ölkədə bahalığın sürətlə artmasının qarşısını almaq üçün lazımi və təcili hərəkətlərin icrası ardıncadır .
  İnfiliyasıya səviyyəsinin artması və xalqın xüsusi ilə yoxsul təbəqənin ihtiyacı olan ərzaq və qida məhsullarının kəskin və misili görünməmiş şəkildə bahalaşması xalqın kəskin narazılığına səbəb olub . Amma Az. R-nin əksər kütləvi informasiya vasitələri xüsusi ilə bu ölkənin radio və televiziyası Az. R. xalqının əksəriyyətinin problemlərinə diqqət yetirmək yerinə qərbin bayağı mədəniyyətini təbliğ etməklə məşğuludrlar .
  Bəzi siyasi müşahidəçilər Az. R. dövlətinin enerji daşıyıcılarının qiymətinin artırması üzrə hərəkətini həm də beynəlxalq valyuta fondunun tövsiyələrini icra etməsini Az. R-də ərzaq məhsullarının qiymətinin bahalaşması amillərindən bilirlər .
  • Yazılıb
  • da (də) 2008 Apr 27