Arannews - “Rusiya Ermənistan və Dağlıq Qarabağ sərhədinə gömrük postu
quraşdırılması işinə qarışdırmağı planlaşdırmır”. Bunu Rusiyanın Federal Gömrük
Xidmətinin rəhbəri Andrey Belyaninov bildirib. Onun sözlərinə görə Ermənistana
nümayəndə təyin edib və həmin şəxs Qarabağ sərhədinə baş çəkəcək.
“Amma buna baxmayaraq, biz erməni gömrükçülərinin işinə qarışmağı
planlaşdırmırıq”.
Rusiya Federal Gömrük Xidmətinin rəhbəri qeyd edib ki, bu gün heç də Ermənistanla Qarabağ arasında gömrük məntəqəsinin
qurulması əsas məsələ deyil.
“Bu gün əsas məsələ işgüzür dillə bağlıdır. Gömrük İttifaqında Rusiyanın, Belarusun, Qazaxıstan işgüzar dil
kimi rus dilindən istifadə edir. Ermənistanda isə məlum olduğu kimi, erməni
dili istifadə olunur”.
Qeyd edək ki, Dağlıq Qarabağla Ermənistan arasında sərhəd-keçid məntəqəsinin
quraşdırılması məsələsi zaman-zaman gündəmə gəlib.