Tarix : 2014 Oct 26
Kod 44477

İranın 2014 İnçxon Para-Asiya Oyunlarında parlaması

İranın İnçxon Para-Asiya Oyunlarına göndərdiyi idman karvanı 120 medal qazanaraq 4-cü yeri tutmuşdur.

AranNews - "AranNews"in "Fars" agentliyinə əsasən verdiyi xəbərə görə Qədir karvanı 37 qızıl, 52 gümüş və 31 bürünc medal qazanaraq 4-cü yeri tutub.  Bu müsabiqədə Çin, Cənubi Koreya və Yaponiya İrandan yüksək yerləri tutublar. Halbuki, İran bir qızıl medal da qazana bilsəydi, Yaponiyanın yerini 3-cü sırada tuta biləcəkdi.
İran Çinin Guangzhou şəhərində keçirilən qabaqkı Para-Asiya oyunlarında 27 qızıl, 24 gümüş, 29 bürünc olmaqla 80 medal qazanaraq 4-cü yeri tutmuşdu. Lakin bu dəfə medalların say  və dəyərinə görə qabaqkı yarışdan daha uğurludur.

  • Yazılıb
  • da (də) 2014 Oct 26