Tarix : 2014 Oct 26
Kod 44480

Azərbaycan Respublikasında heç kəs amanda deyil

2011-ci ildə Bakıda demokratiya tərəfdarları aksiyalar keçirməyə başladılar. Azərbaycan hökuməti dəfələrlə öz tənqidçilərini hədəfə aldı. Bu aksiyalar Qərbi Asiya və Şimali Afrikada baş verən inqilablardan ilhamlanırdı.

AranNews- Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri və Demokratik Qüvvələrin Milli Şurasının üzvü, hüquqşünas Leyla Əliyeva deyir: "Dövlət əvvəl müxalifəti zəiflətdi. Sonra müstəqil mətbuatı hədəfə aldı. İndi də növbə bizə-qeyri-dövlət təşkilatlarına çatmışdır". L. Əliyeva xatırladıb: "Əgər həbs edilənlərin şəkillərinə baxsanız, onların toplumun elitası olmasını görərsiniz. Başqa ölkələrdə bəlkə də onlara nazirlik vəzifələri verərdilər".
Əksər hallarda ölkə rəsmiləri qeyri-dövlət təşkilatlarının bank hesablarını dondurur, ya onların maliyyə imkanlarını araşdırırlar. Xaricdən maliyyə dəstəyi alan qeyri-dövlət təşkilatlarını öz layihələrini saxlamağa məcbur edirlər. Beynəlxalq Şəffaflıq Qurumu, Demokratiyaya Milli Yardım Fondu və Aksfam, Azərbaycan dövləti tərəfindən təzyiqlərə məruz qalmış üç qeyri-dövlət təşkilatlarındandır. 
L. Əliyeva indiyə kimi təqiblərdən amanda qala bilmişdir, lakin onun bir çox əməkdaşları təqiblərlə üzləşib.
Son aylarda dövləti tənqid edənlərə qarşı təzyiqlər daha da artıb. Tanınmış hüquq müdafiəçiləri olan Leyla Yunus və Rəsul Cəfərov iyul ayının axırlarında həbs edilib. Onlar siyasi dustaqların siyahısını hazırlayırdılar. Amma indi özlərinin adları bu siyahıya artırılıb. Sözü gedən siyahıda 98 nəfər məhbusun adı vardır. Siyahıda hüquq müdafiəçisi, dövlət müxalifətçisi, jurnalist və bloqçu vardır.  Casusluq, qanunsuz silah saxlamaq, narkotik maddələr saxlamaq və alqı-satqısı, xuliqanlıq, vergi ödəməkdən qaçmaq onlara qarşı irəli sürülən əsassız ittihamlardandır.
İnsan haqlarını müdafiə etməkdə çoxdan bəri mübarizə aparan, Azərbaycan-Ermənistan sülhünün tərəfdarı olan və keçən il Fransa dövlətinin ən önəmli fəxri Legion ordeni almış Leyla Yunus, həyat yoldaşı tanınmış tarixçi Arif Yunus ilə birlikdə ölkəyə xəyanət ittihamı ilə həbs edilmişdir. L. Yunus avqust ayında həyat yoldaşına yazdığı məktubda deyir: "Bax, birgə həyatımızın 36 ilindən sonra biz başqa-başqa zonlardakı ayrı kameralardayıq.  Amma biz təsəvvür etmirdik ki, 21-ci əsrdə 30-cu illərin repressiyaları bizi yaxalaya bilər".
İnsan hüquqları müdafiəçiləri bu iki ər-arvada qarşı sürülən ittihamları "məhz yalan" adlandırıblar. Təşkilatın Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogia deyir: "Onlar (Leyla Yunus və həyat yoldaşı) vətəndaş cəmiyyətinin görkəmli şəxsiyyətləridir. Onların amanda olmalarını güman edirdim. Amma belə görünür ki, Azərbaycan Respublikasında heç kəs amanda deyil. Hal-hazırda vətəndaş cəmiyyətinin tənqidçiləri təqribən aradan götürülüb".
Azərbaycan dövləti siyasi həbsləri ittiham bilərək onları danır. Azərbaycan XİN-nin sözçüsü Hikmət Hacıyev yazılı bəyanatda vurğulayıb: "Azərbaycanda qanunun aliliyi və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam təmin olunub. Hər bir kəsin işi müəyyən cərimələrlə məlumdur, siyasi fəaliyyətlərə və onların insan hüquqlarına heç bir aidiyyatı yoxdur ".
Azərbaycan Respublikası hal-hazırda "demokratiya tərəfdrı sayılan" beynəlxalq bir qurum olan Avropa Şurasında Nazirlər Kabinetinə sədrlik edir. Ortaya çıxan sual budur ki, bu ölkə 47 ölkənin üzvü olduğu bir şuranın əsas qanununa hörmət göstərə bilərmi? Berlində yerləşən “Avropa Sabitlik Təşəbbüsləri Təşkilatı"nın sədri Cerald Kenavs deyir: "Təəccüblü budur ki, Avropa Şurasının rəisi həqiqətdə bir diktatordur. Çünki o, bu ilin yayında faktiki olaraq öz məqamından istifadə edərək bu şuranın dəyərlərini müdafiə edən tənqidçilərini həbs etdirdi". Avropa Şurası Parlament Assambleyasının Baş katibinin sözçüsü Daniel Höltgen Azərbaycan Respublikasının bu şuraya üzvlüyünün təşkilatın şöhrətinə zərər vuracağını düşündüyünü bildirib. Bununla belə o deyib: "Üzv ölkələr bizdən istəyirlər ki, Azərbaycan Respublikası ilə müzakirələr aparaq, nəinki ona heç diqqət etməyək. Üzv ölkələrdən heç biri Azərbaycanın üzvlüyünün təxirə salınmasını, yaxud sədrliyinin ləğv edilməsini tələb etməyib".
Avropa Şurası üzvlərinin Azərbaycanı cəzalandırmaq istəməmələrinin səbəbi Avropanın bu neft ölkəsi ilə əlaqəsi ola bilər. Azərbaycan, Avropanın enerjisini təmin edən mühüm ölkələrdən və onun biznes ortağıdır. Avropa və qərb ölkələrinin neft şirkətləri bu ölkədə milyardlarlarla dollar həcmində investisiya yatırıblar. Belə böyük həcmdə investisiyalar 2013-cü ildə ölkənin ümumi daxili məhsulunun 73 milyard 500 milyona çatmasına kömək edib. Nəhəng neft şirkəti olan BP cənub qaz dəhlizi layihəsininin başlanmasını bayram kimi qeyd etdi. Bu layihədə Azərbaycan qazının birbaşa Avropaya ötürülməsi nəzərdə tutulub. BP-nin Azərbaycanda 20 illik iştirakı ilə eyni zamanda olan bu mərasimin keçirilməsindən qabaq İnsan Hüquqları Təşkilatı bu şirkətin icraçı direktoruna məktub yazaraq ondanAzərbaycanda vətəndaş cəmiyyətinin tərəfdarlarına qarşı təzyiqlər edilməsinə etirazını bildirməsini istəmişdi. Amma bu neft və qaz şirkəti bu məktuba açıq cavab vermədi.

www.BBC.com

  • Yazılıb
  • da (də) 2014 Oct 26