Eyni halda, Rusiyada NATO-nun şərqə doğru genişlənməsini özünə qarşı soyuq müharibənin bərpası kimi qiymətləndirir
Russia Servisi/Aran Agentliyi
NATO Rusiya ilə qonşuları arasında ixtilaflar törədən aimilə çevrilmişdir. Gürcüstanın xin Deyvid Bakradze bildirib ki, Rusiyanın müxalifətlərinə baxmayaraq, ölkəsi öz mənafeyini təmin etmək üçün NATO-ya qoşulacaq. Ukraynanın qərbpərəst baş naziri Yulya Timuşinkov da deyib: Ukrayna güclənəmk və öz mənafeyini qorumaq məqsədi ilə NATO-ya üzv olacaq. Bu sözlər Rusiyanın xin Sergey Lavrovun sözlərindən sonra söylənib. Lavrov bir daha Rusiyanın sözügedən ölkələr yəni Gürcüstan və Ukraynanın NATO-ya qoşulması ilə müxalif olduğunu dilə gətirmişdi. Lavrov təkid etmişdi ki, Rusiyan, Ukrayna və Gürcüstanın NATO-ya üzv olmasına mane olmağa çalışır belə ki bu məsələ Rusiya ilə NATO və qonşu ölkələr arasındakı münasibətlərə xələl gətirsə belə, Moskva bu siyasətdən vaz keçməyəcək. NATO başçıları Ruminiyanın paytaxtı Buxatest şəhərində keçirdikləri sammitdə Amerikanın təzyiqləri nəticəsində Gürcüstanla Ukraynanın gələcəkdə həmin alyansa qoşulması ilə razılaşacaqlarını söz verdilər. Ukrayna və Gürcüstan Rusiya ilə münasibətləri qazandıqları acı təcrübələri əsas götürərək NATO-ya qoşulmaqla Moskvanın ehtimal olunan hədələri müqabilində müstəqilliklərini qoruya biləcəklərini zənn edirlər.
Eyni halda, Rusiyada NATO-nun şərqə doğru genişlənməsini özünə qarşı soyuq müharibənin bərpası kimi qiymətləndirir. Rəsmi Moskvanın qənaətincə NATO Amerikanın rəhbərliyi ilə Rusiyaya düşmən gözü ilə baxır və onu zəiflətməyə cəhd edir. Rusiya son illər ərzində öz siyasi, iqtisadi qabiliyyətlərini və təhlükəsizliyini bərpa etməyə və dünyada öz təsirli rolunu yenidən ələ gətirməyə səy edir. Rusiya NATO-nun şərqə genişlənməsi müqabilində güclü təhlükəsizlik tədbirlərinə əl atacağı ilə bağlı xəbərdarlıq edib və öz raketlərini NATO və Amerikanın Avropadakı bazalarına tərəf inşan almışdır. Rusiyanın həmin xəbərdarlığı Avropa və Rusiyanın qonşuları üçün təhlükəli bir perspektiv açmışdır.
Həqiqətdə NATO-nun sürətlə genişlənməsi həmdə Rusiya ilə Amerika arasında Raket Əleyhinə Müdafiə sistemlərinin Şəqi Avropada yerləşdirmək barədəki ixtilaflar, yeni bir silahlanma yarışının başlanmasını labüd edir və beləliklə Avropa və bütün dünyanın yeni bir soyuq müharibənin şahidi olacağı istisna olunmur. Siyasi müşahidəçilər hətta Rusiyanın rəhbərliyi ilə şərqdə NATO və Amerikaya qarşı yeni bir hərbi birliyin yaradılacağı ehtimalını da irəli sürürlər. Rusiyanın postsovet məkanındakı ölkələr və Şərqi Avropanın yanacağının təminində böyük potensiallara malik olmasını nəzərə alaraq onun NATO və müttəfiqləri qarşısında böyük imkanlar nümayiş etdirə biləcəyində şübhə yeri yoxdur.