Tarix : 2014 Oct 27
Kod 44493

Səttarxanın 100 illik yubleyi münasibətilə keçiriləcək elmi konfransa məqalə toplanışı

Konfrans İslami Şura Məclisinin Kitabxanası, Məhdi-azadı qəzeti, Təbriz Universitetinin Tarix və Mədəniyyət İnstitutu və Diyari-kuhən müəssisəsinin təşəbbüsü ilə keçirirlir

"AranNews"in İslami Şura Məclisinin kitabxana mədəniyyət işləri, muzey və rəsmi sənədlər şöbəsinə istinadla verdiyi məlumatına görə İslami Şura Məclisinin Kitabxanası, Məhdi-azadı qəzeti, Təbriz Universitetinin Tarix və Mədəniyyət İnstitutu və Diyari-kuhən müəssisəsinin təşəbbüsü ilə "Səttarxanın 100 illik Yubleyi"  elmi konfransı keçiriləcək. Konfrans 2014-cü il 11 noyabrda saat 14:00-dan 19:00-a kimi İslami Şura Məclisinin "Şəhid Müdərris" salonunda keçiriləcək.

Konfransın katibliyi bu məqsədlə məqalə toplanışı da elan etmişdir.

Məqalənin mövzuları:

- İmam Xomeyni (rh) və Ali Məqamlı Rəhbərin görüşlərində Azərbaycan, İslam mübariz alimləri və Azərbaycan oğulları.

- Milli vəhdət və həmrəyliyin yaranmasında Azərbaycanın rolu.

- Məşrutə inqilabının dirçəldilməsində Azərbaycanın rolu.

- Məşrutə inqilabından qabaq Səttarxanın həyatı.

- Məşrutə inqilabından sonra  Səttarxanın həyatı.

- Səttarxanın dini və məzhəbi etiqadı.

- Səttarxanın milli və vətənpərvərlik etiqadı.

- Səttarxanın şiə təqlid mərcələri və alimləri ilə əlaqəsi.

- Səttarxanın zülmə qarşı mübarizələri.

- Səttarxanın yadellilərə qarşı mübarizələri.

- İran ədəbiyyatında Səttarxanın mübarizələrinin yeri.

- Yerli və xarici mətbuatda Səttarxanın mübarizlərinin əks-sədası.

- Səttarxanın mübarizələrinin İranın digər yerlərində əks-sədası.

- Səttarxanın mübarizələri xarici siyasi sənədlərdə (Rusiya çarlığı, İngiltərə, Osmanlı, Almaniya).

- Səttarxanın mübarizələri daxili siyasi sənədlərdə (Milli Şura Məclisi, Daxili İşlər Vəzirliyi və Xarici İşlər Vəzirliyi).

- İran Milli Qəhrəmanı Səttarxan barədə qaynaqşünaslıq (sənədlər, xatirələr, şəkil və kitabalar).

Məqalə göndərmək istəyənlər 6 noyabr 2014-cü ilə kimi məqalələrinin abstraktlarını konfransın e-poçtuna göndərə bilərlər.

E-poçt aşağıdakı kimidir:

diyarekohan@ymail.com

  • Yazılıb
  • da (də) 2014 Oct 27