Konfrans İslami Şura Məclisinin Kitabxanası, Məhdi-azadı qəzeti, Təbriz Universitetinin Tarix və Mədəniyyət İnstitutu və Diyari-kuhən müəssisəsinin təşəbbüsü ilə keçirirlir
"AranNews"in İslami Şura Məclisinin kitabxana mədəniyyət işləri, muzey və rəsmi sənədlər şöbəsinə istinadla verdiyi məlumatına görə İslami Şura Məclisinin Kitabxanası, Məhdi-azadı qəzeti, Təbriz Universitetinin Tarix və Mədəniyyət İnstitutu və Diyari-kuhən müəssisəsinin təşəbbüsü ilə "Səttarxanın 100 illik Yubleyi" elmi konfransı keçiriləcək. Konfrans 2014-cü il 11 noyabrda saat 14:00-dan 19:00-a kimi İslami Şura Məclisinin "Şəhid Müdərris" salonunda keçiriləcək.
Konfransın katibliyi bu məqsədlə məqalə toplanışı da elan etmişdir.
Məqalənin mövzuları:
- İmam Xomeyni (rh) və Ali Məqamlı Rəhbərin görüşlərində Azərbaycan, İslam mübariz alimləri və Azərbaycan oğulları.
- Milli vəhdət və həmrəyliyin yaranmasında Azərbaycanın rolu.
- Məşrutə inqilabının dirçəldilməsində Azərbaycanın rolu.
- Məşrutə inqilabından qabaq Səttarxanın həyatı.
- Məşrutə inqilabından sonra Səttarxanın həyatı.
- Səttarxanın dini və məzhəbi etiqadı.
- Səttarxanın milli və vətənpərvərlik etiqadı.
- Səttarxanın şiə təqlid mərcələri və alimləri ilə əlaqəsi.
- Səttarxanın zülmə qarşı mübarizələri.
- Səttarxanın yadellilərə qarşı mübarizələri.
- İran ədəbiyyatında Səttarxanın mübarizələrinin yeri.
- Yerli və xarici mətbuatda Səttarxanın mübarizlərinin əks-sədası.
- Səttarxanın mübarizələrinin İranın digər yerlərində əks-sədası.
- Səttarxanın mübarizələri xarici siyasi sənədlərdə (Rusiya çarlığı, İngiltərə, Osmanlı, Almaniya).
- Səttarxanın mübarizələri daxili siyasi sənədlərdə (Milli Şura Məclisi, Daxili İşlər Vəzirliyi və Xarici İşlər Vəzirliyi).
- İran Milli Qəhrəmanı Səttarxan barədə qaynaqşünaslıq (sənədlər, xatirələr, şəkil və kitabalar).
Məqalə göndərmək istəyənlər 6 noyabr 2014-cü ilə kimi məqalələrinin abstraktlarını konfransın e-poçtuna göndərə bilərlər.
E-poçt aşağıdakı kimidir:
diyarekohan@ymail.com