Tarix : 2008 Apr 27
Kod 4450

XƏZƏR DƏNİZİNİN HÜQUQİ STATUSU

Xəzər dənizinin 6500 KM sahili vardır. Dənizin təxmini uzunluğu 1200 km, eni 320 km, dərinliyi şimaldan 5 metrdən cənubda yəni İran sahillərində min metrə çatır
Beynalxalq Servisi/Aran Agentliyi
 
Xəzəryanı ölkələrin 2-ci zirvə toplanıtısının ardınca, bu qərara gəldik ki, Xəzərin hüquqi statusuna bir baxışımız olsun.
Əvvəlcə Xəzər dənizinin təbii xüsusiyyətləri və iqtisadi əhəmiyyəti sonra isə SSRİ-nin dağılması zamana qədər bu dənizin hüquqi statusuna nəzər salırıq.  Sonra isə SSRİ-nin dağlıması ilə Azərbaycan, Qazaxıstan və Türkmənistan Respublikalarının yaranması ardınca Xəzərin hüquqi statusu ilə əlaqədar ortaya çıxan problemləri araşdırıb bu haqda 5 Xəzəryanı ölkə özəlliklə İranın mövqeləri haqqında məlumat veririk.
Xəzər gölünün təbii və iqtisadi xüsusiyyətləri haqqında deyə bilərik ki, suyun azaılb çoxalması və xəzəryanı ölkələrin fərqli sənədləri və xəritələri kimi amilləri nəzərə alaraq , fərqli rəqəmlər və statistikalar mövcuddur. Etibarlı sənədlərin bir çoxunda Xəzər dənizinin məsahəsi 407 min 300 kvadrat kilometrdir. Bəzi qaynaqlarda su səviyyəsi kimi amiləri nəzərə alaraq Xəzərin məsahəsi 370 mindən 420 min kvadart kilometr qeydə alınıb.
Xəzər dənizinin 6500 KM sahili vardır. Dənizin təxmini uzunluğu 1200 km, eni  320 km, dərinliyi şimaldan 5 metrdən cənubda yəni İran sahillərində min metrə çatır.
Xəzər dənizi ilə əlaqədar statistikaların fərqli olmasının dəlillərindən biri xəzəryanı ölkələrin dənizin hüdudları haqqında mövcud ixtilaflarıdır. Çünki hər bir ölkə daha çox pay almaq üçün istədiyi statistikaları irəli sürür. Təxminən 100 çay Xəzərə tökülür. Volqa çayı bunların ən əhəmiyyətlisidir. Xəzərdə mövcud heyvan və bitki növləri çox rəngarəngdir. Dünyada balıq kürüsünün təxminən 90 faizi Xəzər gölündən əldə edilir. Karbohidrogen ehtiyatları baxımından Xəzər çox zəngindir. Bu sahədə fərqli statistikalar ortada olsa da amerikalı mənbələr daha yüksək statikstikalar təqdim ediblər. Amerika mənbələri vasitəsi ilə neft və qaz ehtiyatlarının miqdarının çox göstərilməsinin başlıca səbəbi ABŞ-ın bu yolla bölgədə investisiya yatırmaq üçün Qərb şirkətlərinin marağını cəlb etməsidir. Həmçinin Amerika bu yolla neft və qaz yataqlarının qoruyucusu kimi özünü xəzəryanı ölkələrə qəbul etdirməyə çalışır.
Əlbəttə Xəzərin enerji ehtiyatları ilə əlaqədar statistikalar bir-birindən fərqlidir.Ancaq müstəqil qaynaqların hesabatına əsasən, Xəzər dənizi təxminən 90-dan 100 milyard barrelə qədər neft və 170 milyard kubmetr qaz ehtiyatlarına malikdir. Halbuki qeyd edilmiş dəlillərə əsasən, ABŞ-ın Enerji İnformasiya İdarəsi Xəzərin neft ehtiyatlarının miqdarını 250-dən 270 milyard barrelə qədər təxmin etmişdir. Xəzər dənizində bu kimi nəhəng ehtiyatların mövcudluğu ölkələrin hüdud və sərhədlərini müəyyənləşdirmək və Xəzərin hüquqi statusunu aydınlaşdırmağın əhəmiyyəti 2 qat artıb. Bunula əlaqədar aparılan müzakirələr bu günədək uzadılıb. Bu məsələ çox əhəmiyyətlidir. Bu üzdən bəzi ölkələr, iki ya  üçtərəfli formada sərhədlərini müəyyənləşdirmişlər.
Xəzər dəninizinin sərhədlərini müəyyənləşdirmək üzrə İran və Rusiyanın səylərini araşdırmadan öncə  lazımdır ki, tarix boyu Xəzərin hüquqi statusuna bir nəzər salaq. İran ilə Çar Rusiyası arasında Xəzər dənizinin macarası birinci dəfə olaraq 1714-cü ildə, 2-ci Şah Təhmasb dövründə başladı. Bunun ardınca 1724-cü ildə Nadirşah dövründə Xəzər dənizində İranın hüququ haqqında bir sıra məsələlər ortaya çıxsa da , dərhal sona çatdı. Ancaq İran ilə Çar Rusiyası arasında ciddi və yazılı formada irəli sürülmüş Xəzər mübahisəsi Türkmənçay və Gülüstan müqavilələri ilə əlaqədardır. Gülüstan müqaviləsinin 5-ci bölməsi bu mövzuya həsr edilib. İrana Xəzər dənizində gəmiçilik icazəsi verilmişdir. İranla Çar Rusiyası arasındakı müharibələrin birinci dövrünün sonunda, İrana qəbul elətdirilmiş bu sümürgəçi müqavilə Xəzərdə İrana bir kiçik pay nəzərdə tutub. Çar Rusiyasının bu dənizə hakim olmasına gətirib çıxardı.  1828 –ci ilin fevralında İran-Rus müharibələrinin 2-ci dövrünün sonunda iki ölkə arasında Türkmənçay müqaviləsi imzalandı. Bu sümürgəçi müqavilənin 8-ci maddəsində İranın ticarət gəmilərinə Xəzərdə dolanıb Rusiya sahillərinə doğru irəliləmə icazəsi verilmişdir.
Ruslarla  fransızlar və İngilislərin şamil olduğu dövrün müstəmləkəçilərin anlaşması nəticəsində İrana qəbul etdirilmiş bu iki müqavilə Fars Körfəzi sularına çatmaqda Çar Rusiyasının doktrinası hesab olunurdu və Xəzərdə İranın bir çox hüququnu inkar edirdi.
Bu vəziyyət Risiyada komunistlərin qələbəsinədək davam etdi. Leninin rəhbərliyi ilə Bolşeviklərin Çar imperatorluğuna qələbə çalmasının ardınca komunistlər beynəlxalq ve regional məsələlərdən təsirlənərək, komunist inqilabı qoruyub, milli mahiyyət qazanmaq istiqamətində ayrı-ayrı siyasi və iqtisadi tədbirlərə əl atdılar. Onalr Çar Rusiyasının başqa dövlətlərlə imzaladığı bütün müstəmləkəçi və birtərəfli müqavilələri, o cümlədən Türkmənçay və Gülüstan əhdnamələrini ləğv etdilər. SSRİ hökuməti keçmiş 2 müqavilənin yerinə 1921 və 1940-ci illərdə iki başqa müqaviləni İranla  imzaladı.   Həmin müqavilələr iki dövlət arasında dostluq və həmkarlıq müqavilələri adı ilə məşhur oldu. Bu sənədlərin bəzi maddələri Xəzər dənizində iki ölkənin hüquqi statusunu izah edir. 1921-ci ilin müqaviləsi Moskvada imzalandı və İranla  SSRİ-nin quru sərhədini müyyənləşdirərək Xəzərdə yeni hüquqi vəziyyət yaratdı. Müqavilələrin birinci maddəsi Çar Rusiyası ilə İranın keçmiş razılaşmasını ləğv etdi. 11-ci maddəsi isə müqavilə tərəfləri yəni İran və Sovet İttifaqını Xəzərdə öz bayraqları ilə gəmiçilik etməkdə sərbəst buraxdı. 1940-cı ilin 25 mart tarixində İranla  Sovet İttifaqı arasında imzalanmış başqa müqavilədə çarlar dövründə İranın əldən verdiyi hüququ yenidən təsdiqləndi. Müqavilənin 13-cü maddəsinə görə, keçmiş müqavilələrdə tərəflərin hüququ təsdiqlənərək Xəzər dənizinin üstündə və altında olan yataqlardan birgə faydalanmaq və gəmiçilik etmək haqqını tərəflərə verildi. Bundan əlavə həmin müqavilə 10 mil enində bir sahil zonasını hər ölkənin milli sektoru kimi elan etdi və tərəflərə Xəzərin qalan hissəsində balıq ovçuluğuna icazə verdi. 1991 və 1940 müqavilələri SSRİ-nin dağlımasına qədər Xəzərdə iki ölkənin davranışını müyyənləşdirdi. Ancaq SSRİ-nin dağlıması və Azərbaycan, Qazaxıstan və Türkmənistanın xəzəryanı ölkələrin sırasına əlavə olmaları Xəzər dənizinin hüquqi statusunda bir sıra broblemlərə səbəb oldu və bu problemlər hələ də davam edir və eləcə həll edilməz qalır.
əziz dostlar Xəzər dənizi ilə əlaqədar məsələlərə tarixi yanaşaraq onları araşdırmağa çalışdıq. Növbəti hissədə SSRİ-nin dağlımasından bəri Xəzər dənizinin hüquqi statusunun vəziyyətini araşdıracağıq.
 
 
Sovet İttifaqının dağılmasından bəri Xəzərin hüquqi statusu
 
Xatırlayırsınızsa , Xəzərin iqtisadi və coğrafi vəziyyəti barədə məlumat verdik və tarixi baxımdan İran şahları dövründə Xəzər dənizi ilə əlaqədar mübahisələrin birinci dəfə irəli sürülməsinə işarə etdik. Həmçinin Çar Rusiyası tərəfindən İrana qəbul elətdirilmiş Türkmənçay və Gülüstan müqavilələrini araşdırdıq , Çar Rusiyasının xarici ölkələr, o cümlədən İranla  imzaladığı sümürgəçi müqavilələri ləğv etməkdə habelə İranla 1921 və 1940-dakı dostluq müqavilələrinə qol çəkməkdə Sovet hökumətinin tədbirlərini araşdırdıq. Həmin müqavilələrdə Xəzər dənizinin ortaq formada İran və Sovet dövlətləri tərəfindən istismara verilməsi rəsmən tanındı. Bu gün isə Sovet İttifaqının dağılmasından bəri Xəzərin hüquqi statusunu araşdırmaq istəyirik.
1991-ci ilə qədər yalnız İran və SSRİ Xəzərin qonşuları sayılırdılar. Ancaq Sovet İttifaqının dağılmasının ardınca, Azərbaycan, Türkmənistan və Qazaxıstan respublikaları da xəzəryanı ölkələrin sırasına qoşuldular. Hal-hazırda Xəzər sahillərinin 14 faizi İran, 16 faizi Rusiya, 20 faizi Türkmənistan, 21 faizi Az. R. və 29 faizi Qazaxıstan tərəfindədir. başqa sözlə desək Xəzəryanı ölkələrin sayı 2-dən 5-ə yüksəlib. Ancaq əhəmiyyətli məsələ dövlətlərin qalıb davam etməsi formasıdır. Bu beynəlxalq hüquq normalarına görə, hər hansı bir dövlətin aradan gedib ya bölünüb başqa dövlət ya dövlətlərin onun varisi olamasının ardınca da , birinci dövlətin hüququ və öhdəlikləri öz qüvvəsində qalır. Demək, SSRİ-nin dağılıb onun bir neçə ölkəyə çevrilməsinə rəğmən onun başqa ölkələr qarşısında bütün öhdəlikləri etibarlı sayılır. Başqa tərəfdən Vyana konvensiyasının 12-ci maddəsi və beynəlxalq hüquq normalarına əsasən yeni sənədlər dövlətlər arasında keçmiş müqavilələ dəyişməyənə qədər keçmiş razılıqlar öz etibarını qoruyur. Məhz bu səbəbdən 1921 və 1940-ci  ilə müqavilələri qüvvədədir. Çünki indiyə qədər 5 xəzəryanı ölkə arasında heç bir müqavilə imzalanmayıb.
Başqa əhəmiyyətli mövzu bundan ibarətdir ki , Xəzər dəniz yoxsa göldür? Bu mövzu çox önəmlidir. Çünki Xəzərin dəniz ya göl olması onun hüquqi statusu və çevrəsindəki ölkələrin payını ayrı-ayrı müəyyənləşdirir. Bildiyiniz kimi dənizlərin hüquqi statusu göllərin statusundan fərqlidir. Xəzər məsahə baxımından Fars Körfəzi və Oman dənizindən belə böyükdürsə də , qapalı dəniz yaxud gölün hüquqi statusu onun haqqında işlənir. Qapalı dəniz 2 ya neçə ölkənin quruluqları vasitəsi ilə əhatə edilən və başqa dənizə təbii yolu olmayan dənizə deyilir. Xəzər dəniz xüsusiyyətlərinə malik deyil. Çünki Xəzərin təbii formada azad sulara yolu yoxdur. Hətta sahilyanı ölkələri demək İran, Türkmənistan, Qazaxıstan, Rusiya və Azərbaycan Respublikasına aiddir. Bundan əlavə 1982-ci ildə imzalanmış dənizlər hüquq konvensiyasının 123-cü maddəsi həmçinin 1994-cü ilin iyulunda imzalanmış dənizlərin hüquqi müqaviləsi Xəzərin göl olduğunu bariz şəkildə göstərir. Qapalı dəniz haqda beynəlxalq qanun dənizin sahilyanı ölkələrinə bir, iki ya hərtərəfli istifadənin icazəsini vermir. Həmçinin qanuna görə, qapalı dənizin qaynaqları dənizin bütün qonşularının rəyi ilə istismara verilməlidir. Qapalı dənizilə əlaqədar sahilyanı ölkələr arasında yeni qanunlar imzalanmaya qədər keçmiş qanunlar etibarlıdır.
Bunlardan aydınlaşır ki, beynəlxalq qayda-qanunlar və prinsiplərə əsasən Xəzər bir göldür. Buna görə də , onun hüquqi statusi ilə əlaqədar hər hansı razılaşma bütün sahilyanı ölkələr tərəfindən qəbul edilməlidir.
Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi sahəsində aparılan səylərin bir hissəsi iki ya  üçtərəfli olub. 2003-cü ildə Rusiya, ,Qazaxıstan və Az. R. Xəzər dənizinin dibi ilə əlaqədar 3 müqaviləyə qol çəkmişlər. həmin müqaviləyə əsasən Xəzərin sahil bölgəsinin 64 faizi bölüşdürülüb. Bu səbəbdən bəzi ölkələr arasında bir sıra ixtilaflar da yaranıb. Misal olaraq 1997-ci ildə orta xətt əsasında Az. R. ilə Türkmənistan arasında Xəzər dənizinin bölüşdürülməsi müqaviləsi imzalandı. Ardınca tərəflər Kəpəz neft yatağı ilə əlaqədar dərin ixtilaflarla üzləşdilər. İki ölkə arasında türkmənlərin Sərdar, azərilərin isə Kəpəz adlandırdıqları bir zəngin neft yatağına mülkiyyət üzərində ixtilaf yaranıb. Ancaq beynəlxalq hüquq normalarına əsasən bu kimi müqavilər etibarlı sayılmır və İran İslam Respublikası əvvəldən buna qarşı çıxıb. İranın qənaəntincə , Vyana konvensiyasının 12-ci maddəsinə əsasən 5 xəzəryanı ölkənin razılaşmadığı hər hansı anlaşma, etibarsiz olacaqdır. Həmin maddəyə əsasən, ölkələrin varis olması öhdəliklər ya öhdəliklərdən yaranan haqları dəyişə bilməz. Dövlətlərin davam etməsi üsulu isə keçmiş öhdəliklərin etibarını qüvvədə saxlayır. Yalnız sabiq və yeni ölkələrin razılaşması nəticəsində təsdiqlənən sənəd bu üsulu poza bilər. İİR yeni regional şəraitin yaranması və yaxşı qonşuluq münasibətləri üsuluna əsasən yeni müqaviləni qəbul edir və yeganə şərti, Xəzərin yeni hüquqi statusunda İranın mənafeyinə riayət edilməsidir. İranın qənaətinə görə, yeni bölgülükdə Xəzər dənizinin sahil sularının  ən azı 20 faizi ixtiyarında olmalıdır.
İki və ya çoxtərəfli səylərdən əlavə Xəzərin hüquqi statusunu müəyyənləşdirməkdə ortaq səylər də göstəriblib. Bu səyləri 3 dəstəyə bölmək olar. Birinci dəstə, sahil dövlətlərin ekspertlərinin ortaq işçi qrupları tərəfindən göstərilən səylərdir. İndiyədək ekspertlər səviyyəsində 21 iclas keçirilib. 2-ci dəstə, Xəzərin sahilyanı ölkələrinin xarici işlər nazirləri səviyyəsində keçirilmiş iclaslardır.  Bu istiqamətdə 1996-cı ilin noyabrından etibarən müxtəlif iclaslar keçirilib. Xəzər dənizinin hüquqi statusunu hazırlamaq üzər 3-cü səylər Xəzəryanı ölkələrin rəhbərləri tərəfindən göstərilib. Həmin məsələ ilə əlaqədar iki iclas keçirilib. Birincisi 2002-ci ildə Türkmənistan paytaxtı Aşqabadda ikincisi isə Tehranda keçirilmiş zirvə toplantıları idi. Tehranda keçirilmiş Xəzər zirvə toplantısı Xəzərin sahilyanı ölkələri arasında regional həmkarlıqların aydın perspektivə malik olduğunu göstərdi. İclasın son qərarları həyata keçirildiyi təqdirdə, Xəzərin hüquqi statusu ilə əlaqədar ümumi anlaşma yaxın gələcəkdə mümkün olacaqdır.
 
 
  • Yazılıb
  • da (də) 2008 Apr 27