Tarix : 2014 Oct 28
Kod 44500

Azərbaycanda Azadliq və tolerant

Hər gün Azərbaycanda tolerantlıq haqqında kifayət qədər danışılır. Xüsusən siyasi hakimiyyətdə təmsil olunanlar ölkədə tez-tez baş tutan dini-mədəni tədbirləri misal gətirərək, belə bir görüntü yaratmaqa çalısırlar ki, guya Azərbaycan həqiqətən tolerantlıq nümünəsidir.

AranNews- "Avropa Demokratiyaya Dəstək Alyansı" İdarə Heyətinin üzvü, Elşən Cəbizadə deyir:

Bir azərbaycanlı kimi milli xaraktercə həddindən ziyadə tolerant olmağımıza mənim də şübhəm yoxdur. Ancaq tolerantlıq təkcə başqa dinlərə, mədəniyyətlərə qarşı dözümlü olmaqdan ibarət deyil. Dövlət-vətəndaş münasibətləri siyasi müstəvidə də tolerantlıq prinsipinə əsaslanmalıdır. Təəssüf ki, Azərbaycan reallıqları bunun tam əksini deyir.Bu ölkədə insanlar siyasi əqidəsinə görə təqib olunur, azad söz, fikir ifade etmək vətəndaş üçün ciddi təhlükələr yaradır, seçkilər total şəkildə saxtalaşdırılır və Ortaya ciddi suallar çıxır:

1) Hanı Azərbaycan hakimiyyətinin öz vətəndaşının siyasi əqidəsinə və fərqli baxışlarına olan dözümlülüyü?

2) Nədən Azərbaycan hakimiyyəti bu sahədə dözümlü ola bilmir?

3) Bugünkü reallıqda dözümlü olmaq, seçkilərdə xalqın seçiminə hörmətlə yanaşmaq hakimiyyətə nə vəd edir?

Bu ölkədə yaşayan, vicdanı olan hər kəs bilir ki, bütün bunların səbəbi Azərbaycanda 20 ildə davam edən siyasi rejimin avtoritar mahiyyətindən qaynaqlanır. Avtoritar hakimiyyətlər heç vaxt öz vətəndaşının müxalif siyasi əqidəsinə, onun maraqlarına loyal münasibətdə olmayıb. Əksinə belə rejimlərdə vətəndaş siyasi əqidəsinə görə ən müxtəlif və qeyri qanuni yollarla təyziqlərə məruz qalır, həbs olunur və ya fiziki məhv edilir. Çünki daim qeyri-leqal fəaliyyətdə olan, ölkənin təbii sərvətlərini talayan, rüşvətxor-korrupsioner idarəetmə aparatı formalaşdıran hakimiyyətin basqa bir yol seçməsi absurddur. "Parçala hökm sür'' fəlsəfəsi ilə idarə etmə bugünkü hakimiyyət ücün əsas vasitədir. Belə bir şəraitdə yaşamaq ücün perspektiv vəd etmir. Xalqla hakimiyyət arasında böyük uçurum yaranıb ki, bunun da məsuliyyəti birbasa hakimiyyətin üzərindədir. Çətin ki, bundan sonra bu məsuliyyəti dərk edib, ciddi islahatlar edələr. Məncə, islahatlar bu hakimiyyətin sonu deməkdir.
Dediklərimizdən o hasil olur ki, Azərbaycan hakimiyyəti öz vətəndaşının müxalif siyasi əqidəsinə münasibətdə kecən 20 ildə olduqu kimi qalacaq, daim təqiblər, təyziqlər, həbslər və s. yenədə davam edəcək. Xüsusən son aylar onlarla siyasi fəalın haqsız olaraq həbs olunması dediklərimizin təsdiqidir.
Təəssüf edirəm ki, hələ 1918-ci ildə liberal-demokratik dəyərləri əsas tutaraq yaradılmıs Müsavatın varisi olan müasir Azərbaycan bu gün avtoritar hakimiyyət dövrünü yaşayır. XXI əsrdə dünya avtoritar rejimlərin faciəli sonluquna tamasa edir. Bundan dərs götürməkdənsə avtoritar hakimiyyətlər öz faciəli sonluğunu öz əlləri ilə yazır. Ölkəsinə, vətəndaşına bədbəxtlik gətirməklə yadda qalırlar.

Bu gedişlə Azərbaycanı da bu acı tale gözləyir...

Hakimiyyət özünü qorumağın zordan savayı yolunu tanımır, avtoritarizmdən bezən xalq isə dəyişiklik istəyir. Dəyişikliyin sivil yolu seckidir, hakimiyyətsə həmişə olduğu kimi bunu istəmir. Göründüyü kimi ölkədə paradoksal situasiya hökm sürür. Yaranmış vəziyyətdən çıxış yolu tapmaq çətindir. Zor gücünə yaradılmış sabitlik əslində "fırtına öncəsi sakitliyə" bənzəyir. İstənilən vaxt sükut pozula bilər. Nəticədə ölkənin qazanacaqları ilə yanaşı, itirəcəkləri də böyük olacaq. Arzuolunmaz situasiyadan qacmağın yeganə yolu hadisələrə siyasi tolerantlıqla yanasmadan keçir. Siyasi rəqiblərlə müzakirələr aparmaq, əks arqumetləri dinləmək, kompromislər əldə etmək lazımdır. Amma bu cür addımların gerçəkləşməsi böyük siyasi iradə və mədəniyyət tələb edir. Bunların reallaşmasına ümid edərək hər şeyi zamanın öhdəsinə buraxaq... O mənada yox ki, oturub gözləyək, itirdiyimiz zamanı mübarizəmizin məqsədinə çevirək...

Azərbaycanın hakimiyyəti utansın…

22 oktyabrda Berlində baş tutan aksiyamız uğurlu alınıb. O qədər uğurlu alınıb ki, artıq hakimiyyətin gözdənsalma, Avropada azərbaycanlıların birliyini dağıtma və s. məqsədli kampaniyaları aksiyadan sonra da davam edib. Lakin bu dəfə birbaşa hakimiyyət mətbuatı və şəxsləri vasitəsilə deyil, sözdə hakimiyyətin tənqidçiləri tərəfindən qınağa məruz qaldıq.
Avropada əvvəllər siyasi oturum almış Elman Mustafazadənin Musavat.com-da dərc edilən məqaləsi bu kampaniyanın tərkib hissəsidir. Aksiya "Avropa Demokratiyaya Dəstək Alyansının" təşkilatçılığı ilə baş tutduğu üçün Alyansın rəhbəri olaraq, bu yazıya cavab verməyi özümə borc bildim.
Təsəvvür edin, ona görə qınağa məruz qalırıq ki, Azərbaycanda mövcud rejimin haqsızlıqlarını, insan haqlarını pozulmasını, söz azadlığını boğulmasını avropalı rəsmilər qarşısında səsləndirir və onlardan Azərbaycan hakimiyyəti ilə əlaqəni kəsmələrini tələb edirik, ikili mövqe nümayiş etdirməmələrini, neftə, kürüyə, siyasi-iqtisadi maraqlarına görə Azərbaycandakı anti-demokratik duruma göz yummamalarını istəyirik, Azərbaycan hakimiyyətini tənqid etməklə yanaşı, öz maraqları üçün belə bir hakimiyyətlə əməkdaşlıq, işbirliyi edən avropa rəsmilərini də tənqid edirik.
Yazıda qeyd olunur ki, “yüzlərlə alman bizə baxıb gülürdülər”. Bəli, gülən vardısa, aksiya iştirakçılarına deyil, Azərbaycan hakimiyyətinin rəzil mövcudiyyətinə gülürdülər. Gülürdülər və onlara qəribə gəlirdi ki, facebookda 1 statusuna görə 17 yaşında gənci həbs edən hakimiyyət var.
Həmçinin, alman rəsmilərini tənqid etməyimizlə yanaşı, yüzlərlə sıravi almana da Azərbaycan həqiqətlərini çatdıra bildiksə, deməli, bir şeyləri bacardıq. Buna görə biz utanmırıq və utanmamalıyıq! Qoy, utanan Azərbaycan hakimiyyəti olsun! Çünki utanılası vəsflərin hamısına o sahibdir.
Yazı müəllifi Elman Mustafazadə öncəgörənlik edərək, bildirir ki, güya, tədbir iştirakçıları oturum almaq üçün aksiyada iştirak edirmişlər... Nə qədər iyrənc, iyrənc olduğu qədər də diletant, rimitiv və məntiqsiz bir iddia...!

Bu möhtərəm zatın nəzərinə çatdırıram ki;

1. Aksiyanı "Avropa Demorkatiyaya Dəstək Alyansı" təşkil etmişdi və orada iştirak edən hər kəslə şəxsən maraqlanmışdıq. Hətta, adəti üzrə axşamdan "sapı çıxanadək vurmuş" və səhər yataqdan zorla qalxan Elman Mustafazadənin də orda iştirak edəcəyindən xəbərimiz var idi.

2. Aksiyada iştirak edənlər içərisində yalnız 5-6 nəfər oturumsuz soydaşımız olub. İştirakçıların əksəriyyətini oturumu olan soydaşlarımızın təşkil etməsi ilə yanaşı, Almaniya vətəndaşlığı olan, eləcə də İsveçdən, Belçikadan və Hollandiyadan gələn həmvətənlərimiz də var idi.

3. Öz şəxsimə gəlincə, bilməyənlər üçün bilgi olsun: Mən oturum cavabını almışam və mənim oturum almaq üçün Almaniyada aksiya keçirmək və aksiyada iştirak etmək kimi bir ehtiyacım yoxdur.

4. Alman hökümətini, onun Azərbaycanla bağlı ikili mövqe nümayiş etdirməsini tənqid edən aksiyada iştirak etməklə Almaniyada oturum almağı düşünmək sadəlövlük, ya da məntiqsizlikdir. İddia isə tamamilə absurtdur!...

Görün, həm də nəyə görə qınağa məruz qalırıq:

Azərbaycandakı ictimai və siyasi durumu Avropada səsləndirdiyimizə görə Elman bəy xəcalət çəkir.
Onun sözlərinə görə, xaricdəyiksə, iqtidar-müxalifət söhbətini yığışdırmalı, Azərbaycan hakimiyyətini təbliğ edən, tədbirlərini, hətta bayramlarını və yaslarını belə Heydər Əliyev adına tort və halva ilə yola verən, Qarabağ, Xocalı adına dövlət büccəsindən milyonlar mənimsəyib, lakin xarici diplomatiyada 1 sentlik iş görməyən Azərbaycan diasporasının ətrafında birləşməliyik. 

- insanlar anlamırlar ki, Qarabağın geri qaytarılması istiqamətində görülən ilk və ən böyük iş Azərbaycanda milli bir hakimiyyətin qurulmasından keçir.

- insanlar anlamırlar ki, Qarabağ, Avropa rəsmilərinin "gözünə soxmaq" üçün Əliyev rejiminin əlində bir vasitədir: avropalıların Azərbaycan hakimiyyətinin qarşısında “sənin insan haqları kimi böyük problemin var və bu problem aradan qaldırılmalıdır” tələbinin  qarşısına Azərbaycan hakimiyyəti “yox, bizim Qarabağ kimi problemimiz var” – deyərək, Qarabağı alver predmetinə çevirir, bir az ömrünü uzadır. Və ya Azərbaycan hakimiyyəti, guya, Qarabağ məsələsini ildə bir dəfə bir tədbirdə qaldırarkən “bizim Qarabağ kimi böyük bir problemimiz var, onu həll etmək lazımdır” – deyəndə, avropalılar “yox, sənin insan haqları kimi böyük problemin var, birinci onu həll elə, sonra Qarabağdan danışarsan” – deyir. Beləcə, Qarabağ Əliyev rejiminin əlində haqsızlıq üzərində qurulmuş hakimiyyətlərini uzaqmaq üçün bir vasitə, bir bazarlıq olur.

Avropalılara Azərbaycan həqiqətlərini deməkdən utanmamalıyıq, ölkəmizdəki durum budur: rüşvətxor, gənclərin ömürlərini kəsən, həbsxanalarda çürüdən, valideynlərini ürək ağrısından öldürən, vətəni satan, vətəndaşını əzən, təhsilimizi, səhiyyəmizi, hərbimizi, ümumumilikdə, bütün Azərbaycanı iflic vəziyyətinə salan hakimiyyətin idarə etdiyi bir məmləkət...

- "Utandığından" xariciyə “Azərbaycan gül-çiçək içərisindədir” və ya “mübarizəni ancaq Azərbaycanda aparmaq lazımdır” deyən Elman Mustafazadə cənabları, onda nə üçün gedib Azərbaycanda yaşamırsan və ya nə üçün gedib sən də Azərbaycanda mübarizə aparmırsan?!...

Hər kəs, xüsusilə də hakimiyyətin Avropadakı nümayəndələri və nala-mıxa vuraraq, gah müxalifətçi, gah hakimiyyət adamı olan, hər situasiyada rəngini dəyişən bütün ikitərəflilər bilsin ki, gördüyümüz işlərə kölgə salmaq istəsəniz də, Avropada yaşayan siyasi mühacirlərin birliyinin varlığına qarşı hücuma keçsəniz də, biz birliyimizi, birliyimiz nəticəsində də gücümüzü təmin edəcəyik!... 
Qeyd olaraq, deyim ki, Avropa Demorkatiyaya Dəstək Alyansının 22 oktyabr tarixində Berlində keçirdiyi sözügedən aksiyası barədə müxtəlif mətbuat orqanlarına məlumat göndərmişdik. O cümlədən də, Musavat.com-a. Lakin Musavat.com həmin məlumatı vermədi. Fəaliyyətimizə (siyasi və vicdan məhbuslarına dəstək aksiyasına) kölgə salmağa çalışan yazını isə yayımladı...?

  • Yazılıb
  • da (də) 2014 Oct 28