Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub
Arannews - Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti
Serj Sarkisyanın Parisdə görüşü olub
Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan
Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri
ilə birgə görüşü olub.
sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj
Sarkisyanın görüşü keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj
Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yenidən birgə görüşü olub.
Daha sonra Fransa Respublikasının Prezidenti Fransua Ollandın, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının
Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə
birgə görüşü keçirilib.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif
sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Enerji, aerokosmik sənaye,
hərbi-texniki, təhsil, metro inşaatı və digər sahələrdə əməkdaşlığın daha da
genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib. “Cənub” dəhlizi
enerji layihəsinin reallaşması ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
ilə bağlı danışıqların vəziyyəti, münaqişənin beynəlxalq hüquq normalarına əsasən,
bununla bağlı indiyədək qəbul edilmiş sənədlərə uyğun ədalətli həlli ətrafında
fikir mübadiləsi aparılıb. Münaqişə ilə bağlı status-kvonun dəyişilməsinin,
işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi vurğulanıb.