Tarix : 2014 Nov 02
Kod 44569

İsveç Fələstin dövlətini rəsmən tanıdı

İsveç dövləti rəsmi olaraq Fələstini müstəqil bir ölkə kimi tanıyıb və sionist rejimini bu barədə məlumatlandırıb.

AranNews – AranNewsin "Frans-Press" agentliyinə istinadla verdiyi xəbərə görə İsveçin Xarici İşlər naziri Marqot Valstrom ölkəsinin Fələstin dövlətini rəsmən tanıdığını deyib.

Cari miladi ilin əvvəllərində and içmə mərasimində dövlətinin xarici siyasəti barədə danışan Stefan Löven bildirib: "Dövlətimiz Fələstini müstəqil ölkə kimi tanıyır. İsrail bu məsələdən çox narahatdır və bizim səfirimizi çağıraraq bu mövzuya bərk etirazını bildirib".
Sionist rejimi bildirib ki, Fələstinin müstəqil ölkə kimi tanınması gözlənildiyindən daha tez baş tutub. İsveçdən fərqli olaraq onun qonşu ölkələri Fələstini tanımağa elə də tələsmirlər.
Skandinaviya və Baltik ölkələrinin başçılarının Stockholm keçirdiyi mətbuat konrsansında Danimarkanın baş naziri Helle Thorninq-Şmidt deyib: "Danimarka hal-hazırda Fələstini müstəqil ölkə kimi tanımır. Biz iki ölkə arasında olan həll yolunu dəstəkləyirik. Lakin digər bir yol seçmişik və ona uyğun olaraq hərəkət edirik".
Norveçin Baş naziri Ern Sulberq deyib: "Fələstin və sionist rejim arasında sülh razılaşması əldə edilməyincə, dövlətimiz Fələstini müstəqil ölkə kimi tanımayacaq".

  • Yazılıb
  • da (də) 2014 Nov 02