Arannews - Türkiyənin müxalifət partiyası
olan CHP gələn il keçiriləcək və 1915-ci il hadisələrinə həsr olunacaq tədbirə
hazırlaşır. Tədbirə Ermənistan prezidenti Serj Sərkisyanın da dəvət edilməsi
planlaşdırılır. Məlumata görə, bu barədə CNN-Türk telekanalı xəbər yayıb.
Bildirilir ki, 5 ay ərzində 3 beynəlxalq
konfransın keçirilməsi nəzərdə tutulub. Konfranslarda tarixçilərlə yanaşı,
Uinston Çörçilin nəvəsi Siliya Sandis, Ənvər Paşanın nəvəsi Osman Mayatepek,
Kazım Karabekirin nəvəsi Filiz Xanım və başqaları da iştirak edəcək.