Tarix : 2014 Nov 05
Kod 44593

Ermənistan prezidenti Türkiyə səfər edəcək

CHP partiyası Sərkisyanı Türkiyə dəvət edəcək

Arannews - Türkiyənin müxalifət partiyası olan CHP gələn il keçiriləcək və 1915-ci il hadisələrinə həsr olunacaq tədbirə hazırlaşır. Tədbirə Ermənistan prezidenti Serj Sərkisyanın da dəvət edilməsi planlaşdırılır. Məlumata görə, bu barədə CNN-Türk telekanalı xəbər yayıb.

Bildirilir ki, 5 ay ərzində 3 beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub. Konfranslarda tarixçilərlə yanaşı, Uinston Çörçilin nəvəsi Siliya Sandis, Ənvər Paşanın nəvəsi Osman Mayatepek, Kazım Karabekirin nəvəsi Filiz Xanım və başqaları da iştirak edəcək.

  • Yazılıb
  • da (də) 2014 Nov 05