Arannews - Tasuada Gürcüstanın Marneuli Şəhərində ölkənin bütün regionlarından toplaşan möminlər, şəhidlər sərvəri İmam Huseyn (ə) və Kərbəla şəhidləri üçün mərasimi qeyd etdilər.
Mərasimdə Səudiyyə rejimi tərəfindən həbs olunan böyük Əhlibeyt (ə) alimi Şeyx Nimrin azadlığını tələb etdilər və tolerant olan ölkəmizdə bəzi qruplar tərəfindən Adgen rayonunun Moxe kəndində ki, məscidin abadlığı üçün törədilmiş əngəllərin aradan qaldırılmasını adiyyəti olan orqanlardan istədilər.