Noyabrın 6-da "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı siyasi məhbuslarla bağlı ikinci hesabatını təqdim edib. Alyansın koordinatoru Oqtay Gülalıyevin bildirdiyinə görə, hesabat 3 hissədən ibarətdir:
AranNews- “Dustaqların saxlanma şəraiti, məhkumların hüququ və siyasi məhbus problemi ilə bağlı hesabat hazırlamışıq. Hesabatda saxlanma yerlərindəki sıxlıq, məhbusların işgəncəyə məruz qalmaları, həbsxana rəhbərlərinin rüşvət almaları ilə bağlı cədvəl təqdim edilir. Bu cədvəllərdə biz bütün pozuntuları faktlarla təqdim etmişik. Həmçinin dustaqlara işgəncə verən həbsxana əməkdaşlarının qara siyahısı da hazırlanıb”.
Oqtay Gülalıyev siyasi məhbuslarla bağlı araşdırmanın nəticəsi olaraq, bəzi faktlar aşakarlandığını bildirir:
“Siyahıda hələlik 98 siyasi məhbus var. Onlarda 5-i azadlığa buraxılıb. Biz əlavə olaraq sonradan həbs olunan daha 13 məhbusun siyahıya salınmasını təklif etmişik. Araşdırmalar zamanı bəlli oldu ki, 98 siyasi məhbus üst-üstə 630 il iş alıb. Bu məhbusların çoxunun ittiham olunduğu maddələr onu deməyə əsas verir ki, hakimiyyət onları siyasi rəqib kimi həbs edib”.