Tarix : 2014 Nov 08
Kod 44617

Samsungun Dağlıq Qarabağda nümayəndəliyi yoxdur

Samsungun Qafqaz üzrə nümayəndəsi:Dağlıq Qarabağda loqomuzun istifadəsinə yol verməyəcəyik

Arannews - Cənubi Koreyanın “Samsung” şirkətinin Dağlıq Qarabağda heç bir nümayəndəliyi yoxdur və bu şirkət öz adının siyasi məsələlərdə hallanmasının qatı əleyhinədir.

Bunu “Samsung” korporasiyasının Bakıda yerləşən Qafqaz nümayəndəliyinin rəhbəri Sanq Pil Çan deyib.

Dağlıq Qarabağda “Samsung”un nümayəndəliyinin açılması barədə məlumatlara münasibət bildirən S. P. Çan qeyd edib ki, məsələni diqqətlə araşdıracaq: “Bizim orada heç bir nümayəndəliyimiz yoxdur. Əgər hansısa şirkət öz binasında bizim loqomuzu asıbsa, o loqo söküləcək. Orada loqomuzun istifadəsinə yol verməyəcəyik. Biz şirkətimizin adının siyasi məsələlərdə hallandırılmasını istəmirik. Mən uzun müddətdir Bakıda yaşayıram və sizin ölkənin qanunlarına hörmət edirəm. Bu məsələnin ciddiliyini başa düşürəm. Araşdıracağıq və belə bir hal varsa, aradan qaldırılacaq. Amma bir daha vurğulayım ki, bizim orda nümayəndəliyimiz və distribütor kimi əməkdaşlıq etdiyimiz hər hansı şirkət yoxdur”.

  • Yazılıb
  • da (də) 2014 Nov 08