Tarix : 2014 Nov 08
Kod 44619

İran-Azərbaycan mədəni əməkdaşlıqlarının möhkəmləndirilməsi vurğulanıb

İki ölkə çoxlu tarixi və mədəni ortaqlıqlara malikdir və iki ölkə arasında mədəni əməkdaşlıqların möhkəmləndirilməsi çox zəruridir

Arannews - İran İslam Respublikası rabitə və informasiya texnologiyaları nazirinin Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri ilə görüşündə iki ölkə arasında mədəni əməkdaşlıqların genişləndirilməsi vurğulanıb.

Cənab Mahmud Vaizi bu görüşdə mədəni münasibətlərin siyasi və iqtisadiyyat sahələrində ölkələrin münasibətlərinin əsası olduğunu bəyan edərək, deyib: İki ölkə çoxlu tarixi və mədəni ortaqlıqlara malikdir və iki ölkə arasında mədəni əməkdaşlıqların möhkəmləndirilməsi çox zəruridir.

Turizm sahəsində iki ölkənin önəmli potensiallarına münasibət bildirən Vaizi əlavə edib: İran İslam Respublikası Azərbaycan Respublikası vətəndaşlarının İrana səfəri məqsədilə artıq bir neçə müddətdir ki, viza rejimini ləğv edib və ümidvarıq ki, azərbaycanlı dostlar tərəfindən İran vətəndaşları üçün oxşar imkan yaradılacaq.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri də bu görüşdə iki ölkə xalqının ayrılmaz bağları və iki tərəfin əla münasibətlərinə toxunaraq, deyib: Mədəni ortaqlıqlar siyasi və iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün möhkəm dayaqdır.

Əbülfəz Qarayev İran prezidentinin Azərbaycana səfərinin əhəmiyyətinə işarə edərək, deyib: Bu səfər iki ölkə münasibətlərinin inkişafında çox yaxşı təsirə malik olacaq.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri iki xalq arasında müştərək tarixi və mədəni əsərlərin qeydiyyatı üçün beynəlxalq qurumlarda iki ölkə nümayəndələrinin möhkəm əlaqəsinin vacibliyinə toxunub və deyib: Təklif edirəm ki, iki ölkə tarix boyu iki xalqın bağlılıq simvolu olan Xudafərin tarixi-mədəni körpüsünün UNESKO-da qeydiyyata alınması üzrə lazımi işləri görsün.

Əbülfəz Qarayev viza rejimini birtərəfli qaydada ləğv etdiyinə görə, İslam Respublikasına təşəkkür edib və deyib: Biz də İran vətəndaşlarının Azərbaycan Respublikasına səfəri üçün daha artıq asanlaşdırmaları etməyə çalışırıq.

  • Yazılıb
  • da (də) 2014 Nov 08