Tarix : 2014 Nov 08
Kod 44622

Nardaran sakinləri Mübariz Qurbanlıya etiraz etdilər

Biz Nardaran sakinləri olaraq bir daha Mübariz Qurbanlıdan təxribat dolu fikirlərində həssas olmağı tövsiyyə edir, hər hansı bir fikiri söylədiyi zaman məlumat araşdırmağı tövsiyyə edirik

Arannews - Aşura məclisləri ilə əlaqədar Dini Qrumlarla İş Üzrə Dövlət Komitəsinin səriştəsiz böhtan dolu fikir söyləməsi Nardaran sakinləri tərəfindən hiddətlə qarşılanarkən cənab Qurbanlıya cavab verməyi özümüzə borc bildik.

Mübariz Qurbanlı bildirib ki, “Aşura mərasimi Nardaranda İran İslam Respubiikasinin bayrağının dalğalanması və bu ölkənin Ali Dini Liderinin şəkillərinin qaldırılması ilə müşahidə olunub. Bu isə Aşura mərasiminə uyğun deyil”

Onun bu fikirləri Nardaran kənd ağsaqqalları başda olmaqla hər kəsin kəskin narazılığına səbə olduğundan bu sətirlərə “məmur səriştəsizliyi” adı qoyub Mübariz Qurbanlıya heç olmasa saytlarda yer alan videolara baxmağı tövsiyyə edirik. Rəsmi dövlət orqanının təmsil edən bir nümayəndə üçün yalan və böhtan dolu məlumatı yaymaq onun bu işdəki səriştəsizliyindən başqa bir şeydən xəbər vermədiyini söyləsək elə bilirik yanılmarıq. Və öz dediyimizə sübut üçün az qala bütün elektron media orqanlarında yer alan “Nardaranda Aşura” videolarını təqdim edə bilərik. Burada bütün mərasim əvvəldən sona qədər yayımlanmışdır. Orada iştirak edən on mnlərlə vətəndaşımız da bu şeylərin yalan olduğunu heç şübhəsiz ki, bildirəcəkdir. Görəsən cənab Qurbanlı öz dediyini təsdiq etmək üçün nəyə istinad edəcək? Biz Nardaran sakinləri olaraq bir daha Mübariz Qurbanlıdan təxribat dolu fikirlərində həssas olmağı tövsiyyə edir, hər hansı bir fikiri söylədiyi zaman məlumat araşdırmağı tövsiyyə edirik.

O ki, qaldı Ali Dini Liderin şəklinə, Cənab Qurbanlı! O şəxsin Aşura məclislərinə müvafiq olub olmamasını qoy bu dində anlayışı olan şəxslər dəyərləndirsin. İmam Hüseynin (ə) hədəfi haqq və batil mübarizəsində haqqı müdafiə etməkdir. Bu gün haqqı mübadifə edib batil qarşısında duran dəyərli hər bir rəhbərin şəklini qaldırmaq məktəbin şərəfli yetişdirməsini tərənnüm etməkdən başqa anlama gəlməməsi gün kimi aydındır. O şəxslər bu gün də təzyiq və qadağalara baxmayaraq Kərbəla məktəbini yaşadan şəxslərdir. Lakin onların şəkillərinin məhz Nardaranda qaldırılması kimi fikirlər cəfəngiyyat və yalandan başqa bir şey deyildir.

  • Yazılıb
  • da (də) 2014 Nov 08