Tarix : 2014 Nov 08
Kod 44624

Nardarandakı bayraq məsələsinə aydınlıq gətirildi-açıqlama

inşallah tezliklə bu məsələyə dövlət səviyyəsində aydınlıq gətiriləcək və yalandan dezinformasiya yayanlar, şər, böhtan atanlar cəzalandırılcaqdır

Arannews - “Əlbəttə, İslamı sevməyənlər, əhli-beytə düşmən olanlar, daim Aşuraya müxalif olanlar həmişə xoşagəlməz dezinformasiyalar yayırlar. 
Bu dəfə də mətbuat vasitəısi ilə yaydılar ki, guya Aşura günü Nardaran əzadarları İranın bayrağını qaldırıb, başqa ölkə rəhbərinin şəkillərini nümayiş etdiriblər. Bu tamamən yalandır, şərdir və böhtandır.

Hesab edirəm ki, bu cür fikirləri yayanlar mütləq cavab verməldir. Çox güman edirik ki, inşallah tezliklə bu məsələyə dövlət səviyyəsində aydınlıq gətiriləcək və yalandan dezinformasiya yayanlar, şər, böhtan atanlar cəzalandırılcaqdır”.

Bu fikri Azərbaycan İslam Partiyasının (AİP) sabiq sədri, Nardaran ağsaqqalı Hacı Hacıağa Nuri Nardaranla bağlı yayılan məlumatlara  münasibətini bildirərkən deyib. H.H.Nuri bildirib ki, bu cür yalan, şər, böhtan məlumatlar yayanlar İslamın, Əhli-beytin düşmənləridir:

“Əvvəla, onu deyim ki, Aşura mərasimi Azərbaycanın hər yerində olduğu kimi, Nardaranda da çox yüksək səviyyədə keçirilmişdir. Müstəqillikdən əvvəl də Azərbaycanda əzadarlıqlar keçirilirdi, amma müstəqillikdən sonra  daha izdihamlı şəkildə bu mərasimləri keçirtmək şanslarımız oldu. Yağışlı hava olmasına baxmayaraq, hər il olduğu kimi, bu il də Nardaranda əzadarlığın izdihamlı insan toplumunun müşaiyəti ilə keçirilməsi Nardaran camaatının İslam dininə olan bağlılığını əks etdirir. Amma bu əzadarlığa qara yaxanlar həmişə olduğu kimi bu gün də mövcuddur. Mən tam əminliklə deyirəm ki, bu məsələni gündəmə gətirənlər təkfirçilərdir, vəhhabilərdir, İmam Huseyn məktəbi ilə müxalif olanlardır. Biz dövlətdən, hüquq-mühafizə orqanlarından xahiş edirik ki, bu məsələni araşdırsınlar ki, ölkədəki sabitlik, əmin-amanlıq qorunsun. Onlar ölkə daxilindəki sakitliyi pozmaq istəyirlər. Bir daha demək istəyirəm ki, Nardaranın heç bir yerində belə bir hal olmayıb”.

"Bu təxribatı yayanlar da tezliklə rüsvay olacaqlar"

H.H.Nuri bu cür məlumat yayanları da kəskin şəkildə tənqid edib. Bildirib ki, onlar da rüsvay olacaqlar, sadəcə hər şeyin vaxtı var:

“Bu cür yalan məlumatları yayanlara birmənalı şəkildə deyirik ki, Azərbaycanda İmam Hüseyn əzadarlığı 1400 ilə yaxındır ki, yaşayır və Qiyamətəcən də yaşayacaq. Bu xalqın dinini, əqidəsini heç nə ilə aradan apara bilməzlər. Onlar bilsinlər ki, dövrün yezidləri, xainləri həmişə olub və olacaq da. Hamısı da tarix boyu rüsvay olub. Bu təxribatı yayanlar da tezliklə rusvay olacaqlar. Ar olsun o insanlara ki, belə bir pak niyyətli işə onlar ləkə yaxırlar. Nardaran əhalisinin heç bir dövlətin bayrağına ehtiyyacı yoxdur. Onların Azərbaycan kimi öz dövləti var, üzərində İslamın rəmzini əks etdirən üç rəngli bayrağı var. Nardaran əhalisinin hansısa dövlətin rəhbərinin şəklinə ehtiyyacı yoxdur”.

"Çox təəssüf edirik ki, Mübariz Qurbanlı bir dezinformasiyanı müsbət hal kimi qəbul edib, Nardaran camaatını da ədalətsiz olaraq qınayıb"

H.H.Nuri Dini Komitənin məsələni dəqiqləşdirmədən yalan dezinformasiyalara uymasını da pisləyib. Bildirib ki, Dini Komitə də bu məsələni dəqiqləşdirib öz səhvini düzəltməlidir: “Qafqaz Müsəlmanlar İdarəsi də bu məsələni təkzib etdi. İdarənin rəsmiləri araşdırma aparıb və Nardaranda belə bir halın mövcud olmadığını deyiblər. Amma Dini Qurumlar üzrə İşlər Komitəsinin məsələni dəqiqləşdirmədən  Nardaran əhalisini qınamasını biz qətiyyətlə qəbul etmirik. Çox təəssüf edirik ki, Mübariz Qurbanlı bir dezinformasiyanı müsbət hal kimi qəbul edib, Nardaran camaatını da ədalətsiz olaraq qınayıb. Dini Komitədən də xahiş edirik ki, öz səhvlərini düzəltsinlər və bu məsələdə günahkar olan müqəssirləri tapmaqda köməklik göstərsinlər”.

  • Yazılıb
  • da (də) 2014 Nov 08