Ermənistan Dağlıq Qarabağda hərbi təlimlərə başlayaraq Bakını provakasiyaya çəkmək istəyir
Arannews - “Ermənistana hazırda Azərbaycanla müharibəyə
başlamaq sərf etmir”.
Vestikavkaza.ru xəbər
verir ki, bu açıqlama ilə rusiyalı analitik Andrey Kazançev çıxış edib.
O, Ermənistanın Dağlıq Qarabağda hərbi təlimlərə başlayaraq
Bakını provakasiyaya çəkmək istədiyini bildirib:
“Diqqət ediləsi ən mühüm məqam ondan ibarətdir ki, postsovet
məkanında son illər problemlərin həlli metodları həddən artıq sərtləşib. Bu həm
də Ukraynadakı böhran ucbatından Qərblə Rusiya arasında yaranmış münaqişənin nəticəsidir.
Postsovet məkanı ölkələri artıq öz problemlərini yalnız gücün hesabına həll etməyə
çalışırlar”.
Qeyd edək ki, dünəndən etibarən Ermənistan Dağlıq Qarabağda
geniş miqyaslı hərbi təlimlərə start verib.